Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Türkiyə “Orta Asiya” ifadəsini “Türküstan” olaraq dəyişdirib

Türkiyə “Orta Asiya” ifadəsini “Türküstan” olaraq dəyişdirib
11-10-2024, 16:46 110 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Yeni yanaşmaya görə, “Orta Asiya” ifadəsi “Türküstan” ifadəsi ilə əvəz olunacaq.
Türkiyənin Milli Təhsil Nazirliyi tarix fənni kurikulumunda əsaslı dəyişiklikləri açıqlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyasının birliyinin vacibliyini vurğulayıb.
“Biz “Türk əsri” baxışımızı Türk Dövlətləri Təşkilatına çatdıraraq, qarşıdakı dövrü türklər dövrünə çevirmək üçün çiyin-çiyinə çalışacağıq”,- deyə Ərdoğan bildirib.
Mövzu ilə bağlı ekspertlərdə açıqlama verib.
“Türklərin vətəni mənasını verən Türküstan sözü tarixin ən qədim dövrlərindən bəri işlədilir”,- deyə Professor Ahmet Taşagıl vurğulayıb.
Taşagıl qeyd edib ki, 19-cu əsrin ikinci yarısında Rusiya istilası nəticəsində Türküstan adı yerinə Orta Asiya anlayışı ortaya atılmışdır.
Ekspertlər bu dəyişikliyin türk dünyası arasında əlaqələri gücləndirmək, o cümlədən ortaq tarix, ədəbiyyat, xəritə və əlifbanın yaradılması üzrə daha geniş strategiyanın bir hissəsi olduğunu deyirlər.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI