Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qarabağ Universitetinin rektoru təhsil ocağının əsas prioritetlərini açıqlayıb

Qarabağ Universitetinin rektoru təhsil ocağının əsas prioritetlərini açıqlayıb
28-09-2024, 19:07 135 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Qarabağ Universitetində ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayacaq yüksəkixtisaslı mütəxəssis hazırlığı həyata keçiriləcək. Bu baxımdan, bütün ixtisaslar üzrə təhsil proqramları qabaqcıl milli və beynəlxalq təcrübələr nəzərə alınmaqla yeni məzmunda hazırlanmışdır. Universitetin məqsədi tələbələrin ixtisasları üzrə zəruri kompetensiyalara yiyələnməsini təmin etmək, nəzəri biliklərlə yanaşı, onların praktiki bacarıqlarını da gücləndirməkdir.
bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.
O bildirib ki, qarşıya qoyulan əsas vəzifələrdən biri ən müasir universitet idarəetmə modelinin tətbiq edilməsidir:
"Qarabağ Universiteti tələbə-əsaslı universitet konsepti əsasında qurulur. Başqa sözlə, Qarabağ Universitetində tədris prosesi və akademik mühit müasir Azərbaycan gəncinin arzu, istək və maraqlarına uyğun şəkildə formalaşdırılır. Tələbələrin Ulu Öndərimizin ideyalarına sadiq, müasir dünyagörüşlü, vətənpərvər ruhlu, dayanıqlı inkişaf təfəkkürlü, kreativ və innovativ düşüncəli olması əsas məqsədlərdəndir. Bununla yanaşı, tələbələrin texnoloji, xarici dil, tədqiqat, startap, sahibkarlıq, kommunikasiya və digər yumşaq bacarıqlarının yüksək səviyyədə olması xüsusi diqqət mərkəzində saxlanılır.
Qarabağ Universitetində tələbələrə onların hərtərəfli inkişafını dəstəkləyəcək maraqlı sosial həyat və məzmunlu tələbə mühiti təmin edilir. Əsas məram müasir Azərbaycan gəncini xoşbəxt etmək üçün bütün imkanların mövcud olduğu universitet yaratmaqdır".
Rektor qeyd edib ki, Qarabağ Universiteti tədqiqat-əsaslı bir universitet modelində qurulur. Belə ki, universitetin müasir infrastrukturu, laboratoriya bazası və yüksək akademik potensialı Qarabağ və Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın sosial-iqtisadi inkişafına real töhfələr verə biləcək elmi-tədqiqat nəticələrinin əldə olunmasına imkan yaradacaqdır. Qarabağ Universitetinin nüfuzlu beynəlxalq elmi tədbirlərə ev sahibliyi etməsinə, professor-müəllim və tələbə heyətinin beynəlxalq elmi platformalarda layiqincə təmsil olunmasına xüsusi önəm veriləcəkdir.


"Qarabağ Universiteti təhsil, tədqiqat və sosial xidmətləri ilə Qarabağın bərpası, işğaldan azad olunmuş torpaqlarda həyatın canlanması, sosial-iqtisadi və mədəni landşaftın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən kompleks və sistemli fəaliyyətlərə töhfə verəcəkdir.Bununla yanaşı, ölkənin və regionun əmək bazarının tələbləri nəzərə alınaraq universitetdə kadr hazırlığı istiqamətləri genişləndiriləcəkdir. Qarabağın müxtəlif ərazilərində ali təhsil xidmətlərinin göstərilməsini təmin etməklə universitet şəhər və rayonlar arasında birləşdirici mövqeyini gücləndirəcək.
Ölkə başçısının qeyd etdiyi kimi, "Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq. Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcək. Yəni bu, bir neçə şəhəri birləşdirən universitet olacaq. Əlbəttə ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər".
Beləliklə, dövlətin yüksək diqqət və qayğısı sayəsində müasir tələblər səviyyəsində qurulan Qarabağ Universiteti ortamüddətli perspektivdə regional ekosistemin drayveri olmaq, "yaşıl transformasiya" hədəfli layihələrin reallaşdırılacağı məkana çevrilmək və davamlı inkişafı dəstəkləyən innovativ həllərin təşəbbüskarı qismində çıxış etmək imkanlarına sahib olacaqdır.
Qısa bir zamanda, Qarabağ Universiteti ölkəmizin əsas elm, təhsil və innovasiya mərkəzlərindən birinə çevriləcək", - rektor əlavə edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI