Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Heydər Əliyev Fondunun vitse-prezidenti Biləsuvarda yeni inşa edilən məktəbi ziyarət etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Biləsuvarda yeni inşa edilən məktəbi ziyarət etdi
Bu gün, 01:07 52 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Sentyabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən Bəydili kənd tam orta məktəbində olub.

Leyla Əliyeva əvvəlcə məktəbin müəllimlərini salamlayıb, onlarla xatirə şəkli çəkdirib.

Sonra Biləsuvar rayonunun Bəydili kənd tam orta məktəbinin direktoru Nurlan İmanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya yeni inşa edilən binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, burada 56 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi, tibb və əmək təlimi otaqları yaradılıb. Məktəbdə, həmçinin akt zalı, idman zalı və açıq idman meydançası inşa edilib.

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələri çərçivəsində ötən dövrdə inşa və təmir edilən məktəblər, o cümlədən Fondun təhsilin inkişafına yönəlik fəaliyyəti ölkəmizdə bu sahədə dövlət tərəfindən görülən işlərə öz töhfəsini verir. Yeni tədris ilində Biləsuvarda inşa olunan məktəb də şagirdlərin keyfiyyətli təhsil almasına yönələn daha bir layihədir.

Biləsuvar rayonu Heydər Əliyev Fondu Leyla Əliyeva

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI