Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Almaniya Ukraynaya “Leopard” tankları və zirehli maşınlar üçün sursat göndərib

Almaniya Ukraynaya “Leopard” tankları və zirehli maşınlar üçün sursat göndərib
5-01-2024, 08:33 59 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
Almaniya Ukrayna Silahlı Qüvvələrinə daha bir hərbi yardım paketi, o cümlədən “Leopard” tankları və “Marder” zirehli maşınları üçün sursat göndərib.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu barədə məlumat Almaniya hökumətinin saytında yerləşdirilib.
“Yeni təchizat paketinə “Marder” piyada döyüş maşınları üçün sursat və ehtiyat hissələri daxildir. Həmçinin “Leopard 2A6” tankları üçün sursat da göndərilir”, - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, bundan əlavə, Berlin Kiyevə “Skynex” hava hücumundan müdafiə sistemi, TRML-4D hava müşahidə radarları, IRIS-T SLM hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatı, iki ədəd “Wisent” minadan təmizləmə tankı, həmçinin “Zetros” yük maşınları verib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI