Vetenim-Azerbaycandir.az
Son zamanlar Angela Merkelin Xristian Demokrat Birliyi (XDB) partiyası ilə Xristian Sosial Birliyi (XSB) arasında həm epidemiya, həm də digər qalmaqallar yaşanır. Bunlardan bəlkə də ən böyüyü isə Azərbaycan nümunəsidir. VICE saytının araşdırması Azərbaycanın Almaniyadakı imicini gücləndirmək üçün xərclənən pulların və az tanınan televiziya kanalından necə sui-istifadə etdiyini ortaya çıxarıb.
Bu, VICE saytının araşdırmasında yazılıb. Dərc olunan materialda Azərbaycan hökumətinin lobbiçilik fəaliyyəti, bu istiqamətdə fəaliyyət göstərən alman siyasətçilər və Berlin TV araşdırılıb. Mikroskop Media araşdırmanın tərcüməsini təqdim edir:
Höküməti tənqid edənləri həbsə atan Azərbaycan rəsmiləri illərdir ki, Avropadakı imicini yaxşılaşdırmağa çalışır. Bunun üçün avtoritar rejim idman tədbirlərinə sponsorluq edir və siyasətçilərə rüşvət verir.
Məlumdur ki, Avropa Şurasının İtaliyadan olan üzvü Luka Volonte Azərbaycanla bağlı çıxarıla biləcək mühüm qərarın qarşısını kəsmək üçün iki milyon avro pul alıb və 2020-ci ildə Milan Məhkəməsinin hökmü ilə 4 il həbs cəzası alıb. Almanyada isə Karin Ştrenz və Aksel Fişer də daxil olmaqla bir sıra millət vəkilinə qarşı istintaq işi davam edir. Azərbaycan lobbisi Berlində olduqca nüfuzludur.
Human Rights Watch, Almaniyanın bu qədər mühafizəkar millət vəkilinin açıq şəkildə Azərbaycanın tərəfini tutmasını və Azərbaycanda demokratiya və insan haqları vəziyyətinə əhəmiyyət verməyərək rejimi dəstəkləməyə davam etməsini “diqqət cəlbedici” kimi xarakterizə edib.
Azərbaycana lobbiçilik etməkdə ittiham olunan alman deputatlar kimdir?
Almaniya kansleri Angela Merkelin iqtisadi siyasətində mühüm rol oynayan millət vəkili Tomas Bareys isə dəfələrlə Azərbaycanda səfərdə olub. Ötən il COVID-19 pandemiyasının birinci dalğasında o, Azərbaycana respiratorların göndərilməsinin lehinə lobbiçilik edib. Almaniya isə respirator qıtlığı olduğu olduğu üçün bu tələbi yerinə yetirməkdən imtina edib.
Merkelin partiyasından olan digər millət vəkili Olaf Qutinq, 2018-ci ildə keçirilmiş ilk Alman-Azərbaycan iqtisadi zirvəsində çıxış edib və eyni zamanda dövlətin “uzun demokratik tarixini” yüksək qiymətləndirib. Quttinq parlamentdəki maaşına əlavə olaraq 450.000 avro (təxminən 900.000 AZN) əlavə gəlir əldə etdiyini açıqlayıb. O hüquqşünas olaraq, müştəriləri və gəlirləri ilə bağlı məlumatları gizlətmək hüququna malikdir.
Bütün bunlarla yanaşı Azərbaycan mediası tez-tez Alman televiziyası Berlin TV-dən reportajlar yayımlayır. Bu kanal bütün Almaniyada məşhur deyil, amma paytaxtı təmsil edir və tanıyanlar kifayət qədərdir. Berlin TV-də diqqəti ən çox cəlb edən şəxs Berlin divarını yıxdığı deyilən jurnalist Peter Brinkmanndır.
.
.
.
.
.
.
30 ildən sonra Brinkmann, xüsusilə Əliyevin avtoritar rejimi və Dağlıq Qarabağ məsələsindən danışanda tənqidi jurnalistikaya olan inamı itirmiş kimi görünür. Söhbət televiziyanın sıx-sıx və qərəzli şəkildə reportajlar yayımlamasından gedir. Alman jurnalist Ştefan Niqemeyer 2015-ci ildə Berlin TV-ni “Azərbaycanın hökumət kanalı” adlandırıb.
Brinkmann, bu ayın əvvəlində vəfat edən XDB millət vəkili Ştrenzdən intervyunu elə həmin il, 2015-ci ildə alıb. İntervyudan sonra Ştrenz Brinkmannın “əsl jurnalistika əfsanəsi” olduğunu vurğulayıb.
2021-ci il martın 21-də Kubadan gələn təyyarədə huşunu itirərək dünyasını dəyişən Ştrenz “Azərbaycan İşi”nin mərkəzində duran şəxs idi. Frankfurt prokurorluğu rüşvət almaq, seçilmiş məmurlara rüşvət vermək və çirkli pulların yuyulmasına dair şübhələr əsasında Ştrenzlə bağlı istintaq aparırdı. 2014 və 2015-ci illərdə o Azərbaycandan ən az 15.000 Avro (təxminən 30 000 min AZN) alıb. Əgər təqsiri sübuta yetirilsəydi, onu 5 ilə qədər həbs gözləyirdi.
Berlin TV nə iş görür və necə maliyyələşir?
Bununla yanaşı Berlin TV-də Almaniyanın Azərbaycandakı səfiri ilə müsahibələr, həmçinin Prezident Əliyevin Almaniyaya səfəri haqqında xəbərlər, ölkə və onun mədəniyyəti haqqında xoşa gəlimli sənədli filmlər yayımlayıb. Bir YouTube şərhçisi sənədli filmlərdə nəzərə alınmayan faktları belə şərh edib: “Bəs Azərbaycandakı ədalətsizlik necə olacaq? Bəs azad mətbuat, evinin önündə güllələnən müxalifətçilər necə olacaq? “
Almaniyada propaqanda apardığını düşünmək üçün çox kiçik olan Berlin TV, Azərbaycan lobbisi üçün ideal bir televiziya kanalıdır. Bakıda isə Berlin TV-nin çəkisi ağırdır və dövlət mediasında təbliğ olunur. Berlin TV-nin proqram direktoru VICE-ın suallarını cavabsız qoyub. Brinkmann da həmçinin Azərbaycana və rejimə olan marağı ilə bağlı suallarımızı cavablandırmayıb.
Berlin TV ilə tanış olan bir şəxs VICE-a bildirdi ki, proqramların çoxu Azərbaycan hökuməti tərəfindən dolayı yolla sifariş verilib və bunun üçün pul ödənilib. Bu faktı Berlin televiziyasına yaxın digər mənbələr də təsdiq edib. Berlin TV-dən ittihamlarla bağlı yazılı məlumat istəsək də vaxtında cavab ala bilmədik.
Sifarişlər və pullar “Avropa Azərbaycan Cəmiyyəti” (TEAS) lobbiçilik təşkilatı vasitəsilə gəlib. VICE-ın baxdığı sənədlər biznes əlaqələrini təsdiq edir. Mərkəzi ofisi Bakıda olan TEAS, 2008-2018 illəri arasında London, Paris, İstanbul, Berlin və Brüsseldə lobbiçilik fəaliyyəti ilə məşğul olub. Təşkilat Azərbaycanın Fövqaladə Hallar naziri Kəmaləddin Heydərovun oğulları Nicat və Tale Heydərov tərəfindən yaradılıb. Təşkilatın məqsədinin ölkənin iqtisadi potensialını vurğulamaq və “Dağlıq Qarabağ problemi ilə bağlı məlumatlandırmaq” olduğu bildirilir.
.
.
.
.
.
.
.TEAS-ın Almaniyadakı fəaliyyəti onun buradakı rəhbəri Şahin namati barədə dərc olunan bir neçə xəbəri çıxmaqla, medianın diqqətini elə də cəlb etməyib. Şahin namati İran və Azərbaycan əsilli, Essenli biznesmendir. Alman parlamentinin dəhlizlərində tez tez görünən, istənilən vaxt millət vəkillərinin ofislərini ziyarət edən Namati diqqəti cəlb edir. O tez-tez mühafizəkar millət vəkilləri ilə Azərbaycandakı rejimin lehinə bəyanatlar verilməsi üzərində çalışıb. Bunlar Azərbaycandakı xəbər saytlarında öz yerini tutub.
Namati, görkəmli siyasətçilər üçün Bakıya səfərlər, dəbdəbəli “Hotel de Rome”da ziyafətlər və müəyyən məkanlarda naharlar təşkil edib. VICE-ın araşdırmasına görə, Namati və teleaparıcı Brinkmann da yaxın dost sayılır. Namati TEAS, Berlin TV və Azərbaycandan Berlinə axıdılan pullarla bağlı suallarımızı cavablandırmadı.
Quttinq də bizimlə danışmaqdan da imtina etdi. Ölümündən iki gün əvvəl VICE, Ştrenzə Azərbaycana səfərləri, Berlin TV və TEAS barədə sualların olduğu elektron məktub göndərsə də cavab ala bilməyib.
Dövlət Katibi Bareybə də Azərbaycana səfərləri və Namati barədə suallar ünvanladıq. O bildirib ki, Azərbaycanda beş dəfə səfərdə olub və bunlar barədə rəsmi şəkildə parlamentə məlumat verib, bu, parlamentin dövlət katibi kimi onun işinin hissəsidir. Heç vaxt TEAS və ya Namati ilə əlaqədə olmadığını və TEAS vasitəsilə birbaşa və ya dolayı yolla pul almadığını qeyd edib. Bareyb Ermənistanda cəmi bir dəfə olub.
Mühafizəkarlardan fərqli olaraq Yaşıllar partiyasının siyasətçiləri Azərbaycan üçün əlçatmazdır. Yaşıllar Partiyasının millət vəkili Tabea Rössner ilə danışdıq. Rössner 2015-ci ildə Ştrenzin də daxil olduğu parlament qrupunun nümayəndə heyəti ilə Bakıda səfərdə olub. O, otelin dəhlizində İ.Əliyevin Ştrenzi öpərək salamlaşdığına şahid olub.
Qeyd etməliyik ki, Azərbaycanla münasibətlərdə maraqlı olan hər bir Alman millət vəkili heç də pis nüfuza malik deyil. Onlardan bəziləri yalnız şəxsi mənfəətlərini deyil, həm də ölkəni düşünür. Ancaq Azərbaycana qarşı laqeyd olmasalar belə, insan haqlarını da müdafiə etməlidirlər. Məsələn, Məhəmməd Mirzəli işi kimi.
Mühacir həyatı yaşayan azərbaycanlı blogger Mirzəli 2021-ci ilin martında Fransanın Nant şəhərində bir neçə şəxs tərəfindən bıçaqlanıb. YouTube kanalında onun minlərlə abunəçisi var. Mirzəli doğulduğu Azərbaycanda müxalifətçilərə qarşı edilən təqiblər və korrupsiya barədə tez-tez məlumat yayır. Ona hücum edənlərin onun dilini kəsməyə cəhd etdikləri bildirir.