VETENİM-AZERBAYCANDIR.AZ
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun akt zalında ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə klubun rəisi polkovnik Füzuli Musayev, Milli Məclisin deputatı Vüqar İskəndərov, FHN-in Akademiyasının rəisi general-mayor Baba Salayev və klubun əməkdaşları iştirak ediblər.
FHN-dən verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışan FHN-in İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev qeyd edib ki, dahi rəhbərin siyasi xətti Azərbaycanın bütün uğurlarının əsasıdır. Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasi xəttin müdrik uzaqgörənliklə davam etdirilməsi nəticəsində Azərbaycan tarixinin ən güclü və qüdrətli dövrünü yaşayır.
Ulu öndər Heydər Əliyevin xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi titanik fəaliyyət nəticəsində Azərbaycanın davamlı inkişaf, tərəqqi və sabitlik dövrünə qədəm qoyduğunu iftixar hissi ilə dilə gətirən Milli Məclisin deputatı Vüqar İsgəndərov və digər çıxış edənlər Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 illik fəaliyyəti dövründə ölkəmizin bütün istiqamətlərdə qazandığı böyük uğurlardan ətraflı bəhs ediblər.
Sonra ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.