Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qubada Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Qubada Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib
25-10-2022, 05:48 363 dəfə baxılıb





Oktyabrın 25-də Quba rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir işrirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub. Quba Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova vurğulayıb ki, Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası olub: “Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi: dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi. Bunlar təkcə proqram vəzifələri olaraq kağız üzərində qalmadı. Yeni Azərbaycan Partiyası tarixi nailiyyətlərə imza ataraq Azərbaycana tərəqqi və Qələbə bəxş etdi”.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev YAP-ın ölkəmizdə ən nüfuzlu partiya olduğunu söyləyib. O bildirib ki, Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 30 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənib. Bu müddətdə hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, xarici siyasət məsələlərinin həlli istiqamətində mühüm işlər görülüb. Bunlar Yeni Azərbaycan Partiyasına olan inamı, etimadı daha da gücləndirib və sarsılmaz edib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan məqsədyönlü fəaliyyət göstərərək ümumxalq partiyasına çevrilib. Yeni Azərbaycan Partiyası həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə böyük uğurlara imza atıb.
YAP İdarə Heyətinin üzvü Elnarə Akimova vurğulayıb ki, 30 illik yubileyə Yeni Azərbaycan Partiyası zəfər qazanmış bir ölkənin hakim partiyası olaraq daxil olur. Yalnız bu misilsiz qələbədə deyil, əslində, bu gün partiyanın adı ilə bağlı olan hər bir dəyərli məqamda, nailiyyətlərdə ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müasir Azərbaycanın obrazı var.
Tədbirdə, həmçinin Vətən müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin anası Xalidə Niftəliyeva, partiyanın fəal gənci Tahirəxanım Rzayeva çıxış ediblər.
Sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərmanla təltif edilib.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.







VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI