Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

​QIŞ NAĞILI

​QIŞ NAĞILI
3-11-2023, 22:19 546 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Əliyeva Təranə Məmməd qızı (Təranə Məmməd) 1 iyun 1956-cı ildə anadan olub. BDU-nun (keçmiş ADU) Şərqşünaslıq fakültəsinin ərəb bölməsini bitirib.1982-ci ildən 1993-cü ilə qədər AR Nazirlər Kabinetinəzdində Mətbuatda Dövlət sirlərinin mühafizəsi Komitəsində redaktor vəzifəsində 1993-cü ildən 2011-ci ilə qədər AR Milli Təhlükəsizlik Nazirliyində bölmə rəisi vəzifəsində işləyib. Hazırda polkovnik-leytenant rütbəsində təqaüddədir.
1978 – ci ildən ədəbi fəaliyyətə başlayıb. Müxtəlif illər ərzində respublikada nəşr olunan jurnal və dövrü mətbuatda fərqli mövzularda yazdığı hekayələr çap olunub. 
5 kitab müəllifidir:
1. Gözlərdən öpüb ayrıılın. 
2. Payızda bahar.
3. Etiraf. (Признание)
4. Tor
5. Sirr
Yazıçı Meyxoş Abdullahın  “Əsir qadın”  əsərini rus dilinə tərcümə edib.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
    
​QIŞ NAĞILI
 
  Onun əlləri həmişə soyuq olurdu. Elə yayın istisində də. Səbəbini özü də bilmirdi. Hətta bir şair onun əllərinə şeir də yazıb. "Əllərin nə yaman soyuqdur, gülüm!" - deyə şair təəccüblənib də. Bunu özü mənə danışıb. 
   Onunla adi bir təsadüf nəticəsində tanış oldum. Təxminən 10 il əvvəl  rəfiqəsi intihar edib. Həmin ölüm işinin istintaqı mənə tapşırılmışdı. Əldə etdiyim məlumata görə, mərhum qadın ölümündən bir gün əvvəl məhz onunla telefonla danışıb. Telefon nömrəsini intihar edən qadının telefonundan götürüb onu şahid qısmində dindirmək üçün prokurorluğa çağırdım.
  Təyin edilən vaxt otağımın qapısı döyüldü. 
- Buyurun, - dedim.
   Otağa daxil olan qadını gördükdə qəribə bir hiss keçirdim.
- Məni bura çağırıblar. Əgər səhv etmirəmsə.
- Bəli. Buyurun. Sizə bir neçə sual vZerməliyəm. Çalışacam vaxtınızı çox almayım. Mən ayağa durub özümü təqdim etdim.
- Buyurun.
Mən xanıma əyləşməyi təklif edib, qarşımdakı kağızları səhmana salmağa başladım.
Qadın o qədər incə, zərif və gözəl idi ki, sanki otağa orta əsrlərin romanlarının qəhrəmanı gəlmişdi. 
  O, heç müasir qadınlara bənzəmirdi.
  Əynində açıq mavi paltar, barmağında həmin paltarın rənginə uyğun iri üzük var idi. Paltarının yaxası düyməli idi. Yuxarıdan üç açıq düymənin yaratdığı boşluqdan qadının mərmər kimi ağappaq dərisinin cüzi bir hissəsi görünürdü. Lakin bu vulqar deyil, əksinə çox incə bir detalidi. Klassik geyim ona çox yaraşırdı. Çiyninə tökülmüşxurmai saçları ipək parça kimi hərdən onun üzünətökülürdü. İncə, ağappaq əlləriylə saçlarını arxaya aparandazərif üzünə nisbətən bir qədər iri gözləri sanki ətrafa sığalçəkirdi. 
- Adınız. Soyadınız, - deyə mən söhbətə başladım.
Söhbətimiz çox uzun çəkdi. Mən istintaqa lazım olansualları verdikdən sonra:
- Nədən qızıl əşyalar taxmırsınız? - deyə soruşdum.
- Əşyalar qadının özündən baha olmamalıdır məncə. Əşyalar qadını deyil, qadın əşyaları bəzəyir, - deyə o mənəcavab verdi.
  Bu qadın məni valeh edirdi. Ondan ayrılmaq istəmirdim. O, o qədər səmimi, ağıllı və eyni zamanda ciddi idi ki, mənonun göydən yerə enmiş mələk olduğunu sanırdım. O, mənim indiyə kimi tanıdığım qadınların heç birinəbənzəmirdi. 
     Nəhayət, qadın ayağa qalxıb:
- İcazənizlə mən gedim, - deyib, sənədlərə qol çəkib getdi.
    Bütün günü dadlı bir şərabın unudulmaz dadı və təsirikimi qadının təsirini özümdə hiss edirdim. Beynimdə onundediyi sözləri təkrar edib düşünürdüm ki, axı bu gözəllikdəqadın necə bu qədər ağıllı ola bilər?!
    "Sizcə rəfiqənizin intiharında günahkar varmı?" sualımaverdiyi “Rəfiqəm intihar etməyib. O, yaşamaq üçün buçirkinliklərdən uzaqlaşıb və bunu təkbaşına, heç kiminköməyi olmadan edib” cavabı məni yaxşı mənadaheyrətləndirdi.
   İstintaq zamanı və bu iş bitdikdən sonra mən məhz həminqənaətə gəldim.
   İkinci dəfə həmin qadınla marketdə görüşdüm. Onu dərhal tanıdım və yaxınlaşıb özümü tanıtmaq istədim.
   O, mənə baxıb gülümsədi və "görürsüz, yenə qızıl əşyayoxdur üstümdə", - deyib gülümsədi.
Məni tanıdığına və hətta söhbətimizi xatırladığına çoxsevindim.
- Sizə o söhbətdən sonra zəng etmək istədim, amma dedimnarahat edərəm.
- Narahat? Məni narahat etmək çox çətindir, - deyə o, yenəgülümsədi.
   Mən onun gözlərinə diqqətlə baxdım və anladım ki, onungözlərində gizli bir kədər var. 
- Onda ucazə versəniz hərdən sizin şəlalə axarının səsinixatırladan səsinizi eşidərdim, - dedim.
- Buyurun. Əlbəttə. Nə vaxt istəsəniz zəng vurun, -deyəcavab verdi.
   Beləliklə, mən onunla ara-sıra zəng vurub danışırdım. Onun incə gülüşü, səlis danışığı və ən əsası, ancaq onaməxsus olan fikirləri məni hər dəfə valeh edirdi.
Dostluğumuz çox səmimi idi. Hətta bir dəfə o məni evinədə dəvət etdi.
  Mən onun sevdiyi çiçəkləri alıb getdim.
  Evi çox səliqəli idi. Hiss olunurdu ki, çox səliqəliqadındır.
- Xoş gəlmisiniz. Mənim qonağım o qədər də çox olmur. Hər kəsi evimə, ocağıma yaxın buraxmağı sevmirəm, - deyib o, məni otağa dəvət etdi. Əlimdəki çiçəkləri onauzadıb "Bunları çox sevirsiniz məncə", - dedim.
  O, çiçəklərə diqqətlə baxıb:
- Bu çiçəkləri çox sevirəm. Deyirlər bunları ruhlar sevir. Əslində elə mən də ruh kimiyəm. Mən də xrizantemasevirəm. Adı da gözəldir, deyilmi? İtaliyada bu çiçəkləriyalnız matəm mərasimində işlədirlər. Xrizantema "qızılçiçək" deməkdir, - dedi və onları oxşaya-oxşaya güldanaqoydu.
  Biz çay süfrəsi arxasında söhbətimizə davam etdik.
- Sizinlə heç vaxt şəxsi həyatınız barədə danışmamışıq. Çünki…
- Çünki, müstəntiqsiniz və barəmdə bütün məlumatları artıqəldə etmisiniz, - deyə qadın gülümsədi.
- Mən də sizi tanıyıram. Bilirəm ki, gözəl ailəniz var. İnanın ki, belə olmasaydı, sizi evimə dəvət etməzdim.
- Çox sağ olun. Sizin kimi gözəl və ağıllı qadınla tanışolduğuma çox şadam.
- Siz də sağ olun. Təbii ki, mədəniyyətiniz və tərbiyəniz, xüsusilə, müstəntiq olmağınız sizə mənə artıq sual verməyəizn vermir.
- Əslində, elədir. Sizi çox yaxından tanımaq istəyərdim. Bəzən sənədlərlə insanın özü arasında fərq çox olur. 
- Elədir. Mənim keçmiş həyat yoldaşımın sənədlərində birdənə də olsun qüsur yoxdur, - deyə o gülümsədi.
- Keçmiş deyirsiniz, amma sənədlərdə siz evlisiniz.
- Özünüz dediniz ki, sənədlərlə insanlar fərqlənir.
- Bəli. Elədir.
- Siz özünüzü tam rahat hiss edə bilərsiniz. Yoldaşımınbaşqa ailəsi var. O bura gəlmir. 
- Amma siz tənha qadına oxşamırsınız.
- Kim deyir ki, mən tənhayam? Tənhalıq məncə acizlikdir. Amma kiminlə gəldi olmaqdansa, tək olmaq daha yaxşıdır.
- Elədir.
  Əgər utanmasaydım onun mənə açdığı çay süfrəsininşəklini çəkib özümdə həmişəlik saxlayardım. 
  Mizin üstündə bir dənə də olsun artıq əşya yox idi. Süfrənin, nimçələrin və çay fincanlarının rəng çalarları o qədər incə seçilmişdi ki, sanki bu kiçik süfrəni peşəkardizayner bəzəmişdi.
   O danışdıqca, mən onun gözlərindəki kədərin səbəbiniaydınlaşdırırdım.
- Çox səliqəli mənziliniz var. Artıq heç nə yoxdur burda. 
- Mən həyatımda artıq nə varsa hamısından azad oluram. İstər əşya, istər insan olsun.
- Düz edirsiniz. Bəlkə bir gün məndən də azad olmaqistəyərsiniz?
- Yox. Sizdən yox. Siz başqasınız.
- Necə başqa?
- İzah edə bilmirəm, amma siz sanki məni qoruyursunuz. Mənə belə gəlir.
- Elədir. Siz o qədər incəsiniz ki, adam həmişə sizə qayğıgöstərmək istəyir.
- Həmişə xanım olmaq istəyirdim. Atam məni xanımböyütmüşdü. Amma həyat məni xanımdan çox ...Nə isə. Bilirsiniz, ürəyimdə həmişə bir arzum olub.
- Maraqlıdır.
- Həmişə kiçik bir kənd evində bir necə qış günü keçirməkarzusunda olmuşam. 
- Niyə məhz qışda? 
- Odun sobasının, küknar ağacının ətrini çox sevirəm.
- Hər şeyi təşkil etmək olar, amma...
- Məsələ də elə ammadadır.
- Bəlkə?
-Bəlkə də, - deyə o saçlarını əlləriylə arxaya yığıb gözlərinimənə zillədi.
   Bilmirəm, necə olurdu, amma əksər hallarda biz bir-birimizi bir sözdən anlayırdıq. Bu çox tez-tez başverdiyindən, artıq buna alışmışdıq.
  Mən qeyri-ixtiyarİ onun əllərindən tutdum. Əlləri buzkimi idi.
- Əlləriniz soyuqdur yenə.
- Həmişəki kimi, - deyə o əllərini çəkib dodaqlarınayaxınlaşdırdı - Yaxşı ki , gəldiniz.
Mən onunla necə rəftar edəcəyimi bilmirdim. O qədərtəmiz və fərqli qadın idi ki, onunla başqa qadınlar kimirəfdar edə bilmirdim. Mən onu sevirdim, amma ona toxunabilmirdim. Həmişə onun ideallığını qoruyub saxlamaqistəyirdim.
  O axşam onun haqqında yenə çox düşündüm. Ertəsi günişdə artıq yaxşı tanıdığımı zənn etdiyim qadının barəsindəmümkün qədər məlumat topladım. Əmin oldum ki, heçkimlə yaxın əlaqəsi olmayıb və yoxdur. Lakin telefonəlaqələrində məşhur bir həkimin adını gördüm və həminhəkimin ona telefon zəngləri diqqətimi cəlb etdi. 
   Bəlkə də ömrümdə ilk dəfə vəzifə səlahiyyətimdənistifadə edərək həkimə zəng edib özümü təqdim etdibhəkimdən qadın haqda soruşdum.
- Tanıyıram. Bəli. Neçə illərdir onu müayinə edirəm. Ancaq...
- Nə ancaq? - mən təşvişlə soruşdum.
- Əslində bu həkim sirridir ...
- Xahiş edirəm, aydınlaşdırın.
- Məsələ burasındadır ki, o qadının həyatı ... yəni artıqdərmanlar kömək etmir. Ağrıları günü- gündən artır.
- Doktor, siz səhv edirsiz. O, sağ-salamatdır və ...
- Və çox gözəldir eləmi?
- Bəli.
- Bu xəstəliyin xüsusiyyəti belədir. Qanda qırmızıhüceyrələr azaldıqca xəstələrin dərisi mərmər kimi ağappaqolur.
- Xəstəliyinin bu qədər ciddi olduğunu özü bilirmi?
- Əlbəttə, bilir. 
- Doktor, nəsə etmək mümkündürmü?
- Artıq gecdir. O mələk bu dünyadan bir gün quş kimi uçubgedəcək. 
   Mən telefonu söndürüb xeyli fikirləşdim. İnanmaqistəmədiyim bu məlumatı artıq dərk etməyə başlayırdım. 
Yadıma hardasa oxuduğum bir bənd düşdü.
          Tanrı səni yaradıbdır incidən,
          Zərifliyin daha incə incidən.
          Nədən gözlərində gizli kədər var?
          Ala gözlüm, nədir səni incidən?
   Bu sözlər ona necə də yaraşırdı!
   Mən indi o gözəl gözlərin kədərinin səbəbini bilirdim vəbu məni daha çox üzürdü, çünki əlimdən heç nə gəlmirdi.
   Bakının qışı o qədər sərt olmasa da, hava çox soyuq idi. Göydəki buludların tünd rəngi onsuz da pərişan əhvalımamənfi təsir edirdi. Ürəyim sıxılırdı. Özümə yer tapa bilmirdim.
   İşdən çıxıb evə getmək istəmirdim. 
   Dostumdan gələn zəng lap yerinə düşdü. Onunla görüşübsöhbət etmək istədiyimi bildirdim. Təklifimməmnuniyyətlə qəbul olundu və biz görüşüb restoranlarınbirində oturduq. 
   Dostum əhvalımın pərişan olduğunu görüb: 
- Nədi? İşdə problem var? - deyə soruşdu.
Gözlərim dolmuşdu. Danışa bilmirdim. Amma istəyirdimki, dostum məni danışdırsın. Ürəyimin içində daşa dönəndərdimi onunla bölüşmək istəyirdim.
- Sən yaxşısan? Evdə nəsə olub? - deyə o, əl çəkmirdi.
- Çarəsizlik məni öldürür, - deyə, nəhayət, dilləndim.
- Nə çarəsizlik? Biz çarəni həmişə səndə axtarırıq. Danış, görüm nə olub! Vurulmusaan? - deyə dostum adəti üzrə son hecanı uzatdı.
  Mən olanları dostuma danışdım. O, siqaretin birini qoyub, o birini yandırırdı. Nə dostum, nə mən içkiyə meyilliolmasaq da o axşam içdik.
- Mənə bax! Xanımın xəstəliyi ciddidirsə sən neyləyəbilərsən ki? Bir o qalır ki...
O əlini mənim çiynimə qoyub: 
- Sən onu yaşada bilərsən ancaq…
- Necə yaşadım axı? İnanırsan ki, mən ona toxunmamışam.
- Fərasətsizsən daa.Demirsən kənddə bir neçə gün qalmaqistə-yir? Götür apar da!
- Hara aparım? Sən nə danışırsan?
- Apar Durucaya, Qəbələyə, İlisuya. Kənd yoxduAzərbaycanda?
O, sözünü bitirib telefonla kiməsə zəng vurdu.
- Bura bax. Dostum gələcək bir qadınla. Onlara qəşşəng birev verirsən. Şəraiti olsun, amma evin içində odun sobasıolsun. Ətrafda da küknar ağacları olmalıdı. Bildin?
Birisi gün gəlirlər. Oldu? Ay yaşa! Qar var rayonda? Nəyaxşı. Burda qar nə gəzir? Oldu. Öpdüm, səni də müdiri də. Sağ ol!
Dostum telefonu söndürüb:
- Müstəntiq olmaq hələ iş düzəltməyi bacarmaq deyil ey. Dur, get, hazırlaş. Evdə də bir legenda fikirləş, çıx aradan. İstəyirsən gəlinbacıya de ki, mənimləsən. Xanımı da götürget. Qəbələdə kənddə deyir qar dizdəndi. Get həyatdanzövq al!
  Səhər yuxudan oyananda başım bərk ağrıyırdı. İşə zəngedib iki günlük icazə aldım. Evdə rayona getməliolduğumu dedim.
Telefonu götürüb ona zəng etdim.
- Salam. Hardasan? 
- Salam. Mənə "sən" deyə müraciət edirsiz? - deyə o, güldü.
- Hə, bu gündən belə olacaq! Hardasan?
- Uzaqdayam. Çox uzaqda. 
- Yəni? 
- Yəni sahildə. Dənizin sahilində. Şıxovda.
- Sən ora necə getmisən səhər tezdən?
- Qağayılar qanadında gətirdi məni bura, - deyə o, yenəgüldü.
- Yaxşı, oradan heç yerə tərpənmə mən də gəlirəm.
   Mən təcili geyinib maşını düz Şıxov çimərliyinə sürdüm. Dəniz mavi xalı kimi sahilə sərilmışdi. Hərdən köpüklənibsahilə qədər çatan dalğaların suyu ətrafa çilənirdi.
Sahildə heç kim yox idi.
  O, ağ xəz paltoda və boğazına doladığı ağappaq örtükdəqağayıya bənzəyirdi. O, o qədər incə idi ki, Xəzərinsahilində külək bir az güçlü olsaydı, onu da qağayılar kimisəmaya qaldırdı.
   Maşından düşüb ona tərəf addımladım. O, əlləriniovuşdururdu. Yenə əlləri donurdu. Mən yaxınlaşıb onunəllərini ovcuma aldım. Onun buz kimi soyuq, ancaqpambıq kimi ağappaq və incə əllərini bərk-bərk sıxdım.
  O, elə təəccüblə baxırdı ki, sanki heç vaxt, heç kim ona buadi nəvazişi göstərməmişdi. 
Bu qadın bu gözəlliklə, bu incəliklə necə sevilməyə bilərdiaxı?!
- Gəl, gedək burdan. Sənə soyuq olar, - deyə çiyinləriniqucaqladım.
- Mən dənizi çox sevirəm. Onunla tez-tez söhbət edirəm. Hərdən ona sirrimi də verirəm. O, çox etibarlıdır. Bəzənbaş götürüb getmək istəyirəm dənizlə. Çooox uzaqlara. 
- Yox! Getmə heç yerə. Mən sənsiz darıxaram.
- Darıxmaq? Məncə içindən dağları yerindən oynadabiləcək bir harayın qopub elə içinə də tökülməyidirdarıxmaq...
- Nə gözəl ifadə etdin. Yoxsa, sən də darıxırsan mənimçün?
  O gözlərini aşağı salıb susdu. Sonra birdən
- Əllərimi buraxma! - dedi
Mən onun əllərini yenidən ovcumda bərk sıxdım.
   Biz maşına oturub şəhərə yollandıq.
Yolda ona Qəbələyə getməyi təklif etdim. O, əvvəlcərazılaşmadı. Sonra:
- Bilirsən? Kim bilir bir də nə vaxt arzumu həyata keçirəbiləcəm? Razıyam! Gedirəm səninlə Qəbələyə! - dedi.
  Yolumuz o qədər də yaxın deyildi. O, arxada oturmuşdu. Mənim onun xəstə olduğunu bildiyimi hiss etmirdi. Hərdənhalsız olduğunu güzgüdə görürdüm. Maşını saxlayıb birbəhanəylə onu maşından havaya çıxarırdım. 
  Kəndə günorta çatdıq. Qarşımızda açılan mənzərə çoxgözəl idi. İnsan təbiətin gözəlliyinə heyran olurdu. Mənbelə qış mənzərəsini yalnız kinolarda, ya da şəkillərdəgörmüşdüm. Qışın bu qədər möhtəşəm gözəlliyə malik olduğunu heç təsəvvür edə bilməzdim.
   Bizi meşənin içində ağappaq qar libasına bürünmüşküknar ağaclarının arasında giz-lənmiş kiçik bir evəapardılar. 
- Mən bu günü həmişə xəyalımda canlandırırdım. Bilirdimki, nə zamansa, bax belə bir kənd evində olacam! - deyə o, uşaq kimi sevinirdi.
  Otaq çox da soyuq deyildi. Dostumun tapşırığıyla sobanıyandırıb, otaqları qızdırmışdılar.
  Otaqlar xəz, xalça və kilimlərlə döşənmişdi. Yerdəpərakəndə şəkildə düzülmüş bir neçə rəngbərəng mütəkkəotaqda xüsusi şərq abu-havası yaradırdı. Otağın birküncündə qoyulmuş yellənən kreslo onun daha çox xoşunagəldi. O, ayaqlarını yığıb, pişik kimi kresloya oturdu. Yaxınlaşıb onun ayaqlarını yorğana bükdüm. Sonra əlləriniovcumda isitməyə başladım. Dizlərimi yerə qoyub onungözlərinə baxırdım. O gözlərin dərinliyindəki kədəriparçalayıb yerinə xoşbəxtlik yerləşdirmək istəyirdim. O, gözlərini məndən gizlətməyə çalışırdı. Mən ona baxdıqca"bu qədər məsum, bu qədər incə qadın yalnız sevib-sevilmək üçün gəlməliydi, bu dünyaya", - deyədüşünürdüm.
   Onun əlləri xeyli isindi. Mən yorğanla onun üstünü örtübhəyətə çıxdım. Siqaret çəkib qurtarandan sonra sobayaatmaq üşün odun gətirdim. Dəmir sobanın üstündəqəfədanda su qaynadıb çay dəmlədim. 
- Mənə bu saatları yaşatdığın üçün çox sağ ol! - deyə o, sakit və ecazkar səsiylə otağın sükutunu pozdu. 
- Mən, heç vaxt heç kimlə sənin qədər yaxın olmamışam. Ona görə yox ki, belə fürsət olmayıb, ona görə ki, sevmədiyim insana heç vaxt əlimdən tutmağa icazəverməzdim. Heç kimi və ilk növbədə özümü aldadabilməzdim. Çox təəssüf ki, səni gec tanıdım. Sənin dəmənim olmadığını çox yaxşı bilirəm. Tanımadığım, indievdə uşaqlarıyla oturub ərinin rayonda ezamiyyətdəolduğuna inanan qadına xəyanət edə bilməyəcəyimi dəbilirəm, ancaq onu da bilirəm ki, o məni də səni dəbağışlayacaq, çünki...
- Bəsdir! Bəsdir! - deyib onu bərk-bərk qucaqlayıb bağrımabasdım. Onun gözlərindən yanaqlarına süzülən damçılarısilib gözlərindən öpdüm. O, qollarım arasında o qədər incə, zərif idi ki, mənə elə gəlirdi ki, bir az sərt davransam buzəriflik billur bir güldan kimi çilik-çilik olar.
Onu astaca yataq otağına apardım. 
- Burda rahatlan və yat. Səni narahat etməyəcəm. Səndincəl. Mən siaqaret çəkim, - deyib otaqdan çıxdım.
  Qayıdıb yataq otağına baxdım. O, mışıl-mışıl yatırdı.
   Sobanın istisi onu məst etmişdi. Mən onun üstünü bir azda örtüb kənara çəkildim. Yarıqaranlıq otaqda o çox gözəlgörünürdü. Uzun kiprikləri yanaqlarına dəyirdi. Saçlarısinəsindən də aşağı tökülmüşdü. Dodaqlarının rəngi solğunolsa da, gül ləçəkləritək üzünə yaraşıq verirdi. O, elə rahatvə sakit yatmışdı ki, onu oyadıb narahat etmək cinayətolardı.
- Cüllüt! Sən axı niyə bu qədər incəsən? - pıçıldayıbotaqdan çıxdım. Həyətdə xeyli dayanıb siqaret çəkdim. Sonra qayıdıb kresloda oturdum və elə sobanın içindəyanıb köz olan odunlara baxa-baxa yuxuya getdim.
   Səhər çox tez oyandım. Daha doğrusu oyatdılar. Qapınıdöyüb məni yuxudan oyadan adam əlində iri bir sinigətirimişdi. Sininin içində iki nəfərlik səhər yeməyi var idi. Yağ, bal, pendir, yumurta, isti təndir çörəyi, çay, qəhvə vəisti süd. 
   Cavan oğlan sinini masanın üstünə qoyub getdi. Bir neçədəqiqədən sonra daha bir nəfər qapını döydü və iri birbağlamanı mənə verib: 
- Bakıdan dostunuz göndərib, - dedi.
  Dostum ona tapşırdığım xrizantema dəstəsinigöndərmişdi.
Mən çiçəkləri götürüb yataq otağına keçdim. O, hələ dəyatırdı. Yaxınlaşıb alnından öpdüm ki, ayılsın.
   O, sakitcə gözlərini açıb gülümsədi. Mən əlimdəkixrizantemaları onun üstünə atdım.
Çiçəklər saçlarına, sinəsinə səpələndi. 
- Ayyy!! Sən bu meşənin içində xrizantemaları hardanaldın? - deyə çox təəccübləndi və incə əlləriylə çiçəkləriyığmağa başladı.
- Dur, səhər yeməyini yeyib havaya çıxmalıyıq! - deyibmən otaqdan çıxdım.
   Bir neçə dəqiqədən sonra onunla nahar edirdik. O, birfincan südlə qəhvə içib masadan çəkildi.
- Sən niyə heç nə yemirsən? Bu yeməkləri yeməməkolarmı? Hamısı ekoloji təmizdir.
- Mən həmişə az yeyirəm. Səhər-səhər heç yemirəm.
- Olmaz axı belə. Bu havada yeməmək olarmı heç? 
- Sən ye, narahat olma, - dedi.
Səhər yeməyini yeyib həyətə çıxdıq. 
- Gözəlliyə bax! Bu evi, bu qış mənzərəsini dəfələrləyuxuda görürdüm. Heyf ki, çox geç gəlib çatdım bura, -deyə o ətrafa göz gəz-dirdi.
- Niyə gec? Nəyisə yenidən başlamaq heç vaxt gec deyil, -dedim.
- Nəyisə yenidən başlamaq olar, amma yaşamağı yenidənbaşlamaq olmur. Ömür insana bircə dəfə verilir, -deyibdolmuş gözlərini məndən gizlətməyə çalışdı.
   Mən onu bərk-bərk qucaqlayıb əvvəl gözlərindən sonrayanaqlarından öpdüm. Mən bu qadını sevirdim. Onunyaşamağı üçün hər şeyə hazır idim.
- Gedək evə. Soyuqdu, - deyə o əllərimdən yapışdı. Onunəlləri yenə buz kimi idi.
  Biz evə qayıtdıq. O, asta addımlarla kresloya yaxınlaşıboturdu və əlləriylə başını tutdu.
- Yaxşısan? - deyə mən onun qarşısında diz üstə dayanıbəllərindən tutdum.
- Gəl, Bakıya qayıdaq, -dedi
- Niyə? Nə oldu? Axı bu gecəni də burda qala bilərdik. 
- Apar məni Bakıya, xahiş edirəm.
- Axı nə oldu? Mən incitdim yoxsa səni? Niyə birdən beləqərara gəldin?
- Apar məni Bakıya! -deyib gözlərini yumdu.
    Mən nə edəcəyimi bilmirdim. Qəfildən yadıma onunhəkimi düşdü. Ona zəng edib olanları danışdım. Həkim: 
- Çantasında dərmanı olmalıdır. Onu verin. Ayaqlarını istisuya qoyun. Ayılacaq. Bakı-ya gəlsə yaxşıdır. Qanınıyoxlamalıyam, - dedi.
   Mən həkim dediklərini edib onu ayıltdım. Gözlərini açıb:
- Bağışla, gərək sənə deyəydim ki...
- Mən hər şeyi bilirəm. Hazırlaş, gedirik. Sən xəstəxanayagedəcəksən. Müalicəni davam edəcəksən. Hər şey yaxşıolacaq! - deyib onun əllərindən öpdüm.
     Maşını çox sürətlə sürürdüm. O, arxada uzanmışdı. Hiss edirdim ki, halı yaxşı deyil. 
  Bakıya catanda rəngi ağappaq idi. Həkim bizi xəstəxanadagözləyirdi. Xəstəxanaya çatanda o, yenə hüşunu itirdi. Həkimlər, tibb bacıları onu mənim əlimdən necə alıb içəriapardıqları yadımda deyil. Səhərə yaxın həkimlə söhbət edəbildim.
Həkim:
- Yaşayacaq. İndi vəziyyəti stabildir, amma nəzarətdəolmalıdır. Bir neçə gün burda qalsa yaxşı olar,  - dedi.
- Əlbəttə! Qoyun qalsın. Doktor, xahiş edirəm, əlinizdəngələni edin. O qadın yaşamalıdır! - dedim.
   Evə çox yorğun qayıtdım. Özümü nədəsə günahkarsayırdım. Amma günahımın nədə olduğunu anlamırdım. Otağıma girib uzandım. Gözlərimdən axan yaş üzüməsüzülürdü. Mən heç vaxt bu qədər aciz olmamışdım. Bu yaşımda ilk dəfə əsl sevginin nə olduğunu anlamışdım. Sevdiyim qadına canımı verməyə hazır idim.
   Hər bir saatdan bir xəstəxanaya zəng edib onusoruşurdum. Vəziyyəti stabil idi.
   Səhər tezdən işə getməyə hazırlaşırdım. Geyinib qarajadüşdüm. Sükanın arxasına təzəcə keçmişdim ki, həkimzəng etdi:
- Xəstəxanaya gəlin. O, sizi görmək istəyir.
   Xəstəxanaya necə çatdığımı bilmədim.
Onun palatasına keçdim. Palata boş idi...
İçimdə bundan sonra heç vaxt dolmayacaq bir boşluqyarandı. 
  Həkimin "Əlimdən gələni etdim, amma bacarmadım", - dediyini eşidirdim, amma görmürdüm. Gözləriminqarşısında gözəlliyinə, incəliyinə, təmizliyinə valeholduğum qadın dururdu. Mən onu görürdüm. Ayağa durubonun soyuq əllərini yenə ovcuma alıb isitmək istədim, amma...
O, dənizin üzərində pərvaz vuran qağayıtək uçub getdi…
 
 
Bir küçə var
 
Bir küçə var bu şəhərdə...
Ətrafında dalğalanan 
Dar və geniş küçələrdən
Heç nə ilə fərqlənməyən,
Bir küçə var bu şəhərdə, adi küçə...
Hər gün səhər ordan keçir hamı öncə.
Keçmişimə qayıdıram səhər-axşam 
o küçəni mən görüncə.
Bir zamanlar o küçədə 
Nə qış vardı, nə də payız, 
Nə də solğun, qəmgin bir rəng.
Bu küçədə yalnız bahar, yaz olardı,
Bu küçədə arzu dolu yeni ümid doğulardı...
Çünki, burda sən də vardın...
İndi burda xəyalımda söz düzülüb sətir olur,
Bu küçənin hər ağacı yağış vaxtı gözəllərə çətir olur,
Xəyallarsız bu küçədən ötüb keçmək çətin olur.
İndi hər gün qızıl payız
Həzin-həzin dolaşaraq,
Bir əbədi sakitliyə, bir sükuta qoşularaq,
Gəzər burda, xatirələr yaradaraq...
Hər tərəfdə solmuş aləm, saralmış gün,
Burdan yenə keçməliyəm mən də hər gün.
Keçməliyəm, çünki yolum burdan keçir, 
Burdan keçib və keçəcək.
Bu yol mənlə elə burda, 
bu küçədə yenə səni gözləyəcək...
 
Görən niyə
 
Bir şəhərdə yaşayırıq ikimiz də,
Ayrı düşüb küçəmiz də, evimiz də.
Canlar ayrı, ruhlar əkiz, 
Yaşayırıq beləcə biz.
Dolaşırıq qarış-qarış biz hər yeri,
Bu şəhərdə yoxdur bizə görüş yeri...
Bu şəhərin küçəsi var, dalanı var,
Binaların söküləni, qalanı var.
Nə gözəldir səhər çağı,
Göz oxşayan sahil bağı.
Baxıram mən xan çınara,
Əl uzadır ulduzlara.
Yaşıl söyüd əyib başın,
Səhmanlayır üstün, başın.
Göyə dəyir göydələnlər,
Nəğmə deyir qədim şəhər.
Dalğalanan ana Xəzər,
Öpür onu səhər-səhər.
Bu şəhərdə yerlər lap çox,
Təkcə görüş yerimiz yox.
Bəlkə onu biz görmürük,
Görən niyə görüşmürük?!
 
 
 
Bir payız axşamı
 
Bir payız axşamı yağışa düşdüm,
İslandım, titrədim, yaman üşüdüm.
O axşam özümdən, dünyadan küsdüm, 
Sən mənim çətirim ola bilmədin.
 
Yelkənsiz qayıqla dənizə çıxdım,
Sulara, sahilə, qayaya baxdım,
O sonsuz dəryada səni axtardım, 
Sən mənim yelkənim ola bilmədin.
 
Alışdım oduna yalan sevginin,
Alışan sevginin, yanan sevginin.
Əriyən şamına çevrildim sənin,
Sən mənim pərvanəm ola bilmədin.
 
Sevgim ulduz kimi süzülür yerə,
Dərd Leyli dərdinə bənzəyir yenə.
Həsrətin bölsə də məni ikiyə,
Heyif ki, tən yarım ola bilmədin.
 
 
 
Gözləyəcəyəm
 
Yenə dayanmışıq sahillər kimi,
Çılğın bir çay axır düz aramızdan.
Durmuşuq üz-üzə acizlər kimi,
Sanki utanırıq öz yaramızdan...
Yollarmı aparır səni hər dəfə?
Yoxsa sən yollara yoldaş olursan?
Qayıt bircə dəfə, dön bircə dəfə,
Necə ayrılığa sirdaş olursan?
Nə qədər intizar yolu var görən?
Hamısı payıma düşübdür, nədən?
Varmı bu hicranı kənardan görən?
Vüsal üz döndərib, küsübdü bizdən.
Ayrılıq günahsız olmaz bilirəm.
Bu günah səninmi, 
yoxsa mənimmi?
Gedəni saxlamaq olmaz deyirlər,
Sənə yolun açıq olsun deyimmi?
Qərar səninkidi. Dinməyəcəyəm,
Qəlbimdə həsrəti bəsləyəcəyəm.
Həyatda üzünü görməsəm belə,
Adını yuxumda səsləyəcəyəm.
"Qayıt həyatıma" deməsəm belə,
Səni ömrüm boyu gözləyəcəyəm...
 
Payız olmaq istəyirəm
 
İstərəm bir payız yağışı yağsın, 
İslanım təpədən dırnağa kimi.
Qəlbimdə məhəbbət şimşəyi çaxsın,
Paylayım sevdamı sadağa kimi.
 
Tutum sakitliyin mən əllərindən,
Payızın təkrarsız ətrinə dolum.
Öpüm xına rəngli tər tellərindən,
Çevrilim fəsilə, mən payız olum.
 
Payızı səninlə yaşamaq üçün
Gələrəm saralmış xəzan bağına.
Sevginə güvənib inanmaq üçün
Dönərəm mən onun son yarpağına.
 
Qulaq as qəlbimin həzin səsinə,
Ömrün qonağıdı bu gün son bahar.
Gəl çevril, payızın bir hissəsinə,
Son payız yarpağın sən özün qopar.
 
 
 
Olummu
 
Şeh olub düşümmü kipriklərinə?
Silim gözlərindən qəmi, kədəri.
Payız yağışıtək yağımmı yenə?
Yuyum yaddaşından xatirələri.
 
Sən də yan mənimtək həsrət oduna. 
Tüstünü ərşədək özüm qaldırım.
Bənzəsin eşqimiz yanan ocağa.
İçdə alov olub səni yandırım.
 
Qoy dönüm çöllərdə əsən küləyə,
Göydən yerə enən huri-mələyə,
Ağlını başından aparım, alım,
Oxtək ürəyinə sancılım, qalım.
 
Ay seli
 
Ağ ipəkdən bir don tikib zülmət gecə.
Kaş ki, o don mənim ola.
Pəri olam ağ libasda xəfif, incə,
Dəniz də mənzilim ola.
Süzülə don çiynimdən,
Mənə gizli yuva ola.
Keçə şuatək cismimdən, 
Ruhumun libası ola!                     Ruhuma o libas ola!
Ala məni dərd-sərimdən, 
Ayıra kədər-qəmimdən,
Gələ məni xilas edə
Yer üzünün zillətindən...
Göydən dənizə süzülə 
ağ donun qırçın ətəyi,
Mən olam gecə mələyi.
Sığal çəkəm zülmətin siyah telinə,
Dönəm gecə Ay selinə...
 
 
 
Gecələr
 
Boylanıb o zülmət qaranlığından           
Mənim pəncərəmdən baxar gecələr.
Bağlayıb uc-uca kirpiklərimi,
Məni gözlərimdən asar gecələr.
 
Kimisə bürüyər Ayın pərdəsi,      
Ulduzlar onuncün yanar gecələr.       
Bəs nədən intizar, həsrət nəğməsi
Mənim ürəyimdə yatar, gecələr?!
 
Gecəylə söhbət
 
Sən gələndə Günəş sönər, Ay yanar,
Qara zülfün Ay altında daranar,
Qucağında min bir nağıl yaranar,
Söylə, gecə, qanın niyə qaradı?
 
Qaranlıqda həzin bir ney səslənər,
Üstünə səmadan nur səpələnər,
Səndə ayın, günün sirri gizlənər,
Söylə, gecə, qanın niyə qaradı?
 
Qoynunda oxunar şirin laylalar,
Hüsnünün qəmzəsi ürək parçalar,
O zülmət rəngində min cazibə var,
Söylə, gecə, qanın niyə qaradır?
 
Sirrlərinə sirrlərimi qataram,
Ay selində nura dönüb axaram,
Mən də sənin kimi sübh axtararam,
Söylə, gecə, qanın niyə qaradır?
 
Günəşli sabaha həsrət qalmısan,
Kədər dəryasında fikrə dalmısan.
Tanrının əmriylə tünd libasdasan. 
Yoxsa ona görə qanı qarasan?
 
Bu gecə
 
Ay üzün Ayla yarışsa, qalib gələcək, 
Rəsmini göydəki ulduz çəkəcək. 
Bir sərin meh əsərək, tellərini titrədəcək, 
Sənə Layla çalacaq Ay bu gecə.
 
Səni sonsuz gecədə seyr edəcək,
İşığından gözünə pay verəcək.
Hüsnünə nəğmə qoşub söz deyəcək,
Sənə Layla çalacaq Ay bu gecə.
 
Yuxuna huri-mələklər gələcək,
Ay enib al yanağından öpəcək.
Səni bihuş eləyib məst edəcək,
Sənə Layla çalacaq Ay bu gecə.
 
Bəzəyib nur ilə gültək üzünü,
Ay özü hüsnünə heyran olacaq.
İtirib külli cahanda özünü,
Sənə məftun olacaq Ay bu gecə.
 
Gecə
 
Durmuşuq üz-üzə; bir mən, bir də sən.
Əlim əllərində, gözüm gözündə.
Qoşa çinar kimi yanaşıyıq biz,
Gör necə məğruram məğrur önündə.
 
Toxun saçlarıma əsən meh kimi,
Dağılsın tellərim pərişan olsun.
Sən düş ətrafıma həzin şeh kimi,
Hər damlan böyüyüb bir ümman olsun.
 
Bürünüm qoy zərif Ay örpəyinə,
Zərindən aləmə işıq saçılsın.
Üşüsəm sığınım dərinliyinə,
Gözləyim qoynunda səhər açılsın.
 
Vurğunam sehirli gözəlliyinə,
Gözümdə sürməmsən, telimdə rəngsən.
Günəş qibtə edir özəlliyinə,
Necə şahanəsən, necə gözəlsən.
 
Gündüzdən ayrılıb sənə gəlirəm,
Sirrimin, duyğumun şahidi gecə.
Dərin sükutunda tam dincəlirəm,
Ən şirin yuxumun sahibi gecə.
 
Sirrlər məskənisən, köksün qaranlıq,
Nağıl möcüzəli, ulduzlu gecə.
Sən ey qaranlıqdan yaranan varlıq!
Sənintək leylanı sevməyim necə?
 
Qat məni gecələr yuxularına
 
Əlvan boyaların al rəngi olum,
Süzülüm fırçadan, rəsminə dolum.
Həzin royalarda qonağın olum,
Qat məni gecələr yuxularına.
 
Zülmət gecələrin Ayına dönüm,
Göydə ulduz  olub hey yanım, sönüm.
Uçan pərvanətək başına dönüm,
Qat məni gecələr yuxularına.
 
Sədləri adlayıb yollar açaram,
Qaranlıq dünyana işıq saçaram.
Sübhə gözlərimi sənlə açaram,
Qat məni gecələr yuxularına.
 
Oduna yansam da, bir gün sönərəm,
Bədəndən ayrılıb ruha dönərəm.
Onda istəsən də daha demərəm,
Qat məni gecələr yuxularına.
 
 
 
Könül təranəsi
 
Yan alıb sahilə yelkənsiz gəmim,
Yaxın gəl, gəmimin tərsanəsi ol.
Sərxoştək dolanır ruhumda qəmim,
İmdad et, qəmimin meyxanəsi ol.
 
Pərişan tellərim darıxır sənsiz,
Sığal çək saçıma bir şanəsi ol.
Bir şam yandırmışam köksüm içində,
İstəsən, gəl onun pərvanəsi ol.
 
Susub nəğmələri dəli könlümün,
Söylə ki, könlümün Təranəsi ol.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI