Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ağ Evdən Türkiyənin F-16 tələbi ilə bağlı yeni açıqlama

Ağ Evdən Türkiyənin F-16 tələbi ilə bağlı yeni açıqlama
6-07-2022, 08:30 268 dəfə baxılıb

Ağ Evin sözçüsü Karine Jean-Pierre ABŞ prezidenti Co Baydenin Türkiyənin F-16 tələbini dəstəklədiyini bildirib.


"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, Jean-Pierre gündəlik mətbuat konfransında prezident Rəcəb Tayyib Ərdoğanla Madriddə keçirdiyi görüşdən sonra Baydenin F-16 satışı ilə bağlı müsbət açıqlamaları ilə bağlı bir qrup Demokratik Konqres üzvünün tənqidlərini dəyərləndirib.


F-16 ilə bağlı müzakirələrin bir müddətdir gündəmdə olduğuna diqqət çəkən Jean-Pierre, "F-16 mövzusunda çox açıq danışırıq. Bir neçə aydır ki, bunu danışırıq və Bayden bunu həqiqətən dəstəkləyir. Bundan başqa yeni heç nə yoxdur”. -deyə Ağ Ev sözçüsü bildirib. 

Qeyd edək iki, Madriddə keçirilən NATO Liderlər Zirvə toplantısında prezident Ərdoğanla görüşən Bayden iyunun 30-da keçirdiyi mətbuat konfransında Türkiyəyə F-16 döyüş təyyarələri satmaq lazım olduğunu və bunun üçün ABŞ Konqresindən razılıq ala biləcəklərini bildirmişdi.

Lakin ABŞ Nümayəndələr Palatasında bir qrup senator Baydenə göndərdikləri məktubda bu dəstəyi tənqid edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI