Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şabran rayonunda şəhid ailələri ziyarət edilib - FOTOLAR

Şabran rayonunda şəhid ailələri ziyarət edilib - FOTOLAR
8-03-2023, 18:50 346 dəfə baxılıb

Şabran şəhər M.Nəzirov adına  4-saylı tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə 08.03.2023 -cü il tarixdə 4 şəhid ailəsinin evinə ziyarət təşkil edildi. 

Şəhid Güləddin Şahbabayev, şəhid Elvin İsgəndərov , şəhid Xəyal Həsənov və  şəhid Murad Rəsulovun ev muzeyinə edilən ziyarət çərçivəsində hər bir qəhrəmanımızın Vətən müharibəsində göstərdiyi şücaət və əldə etdiyi uğurları ilə bir daha yaxından tanış olduq və ailələri ilə söhbətlər apardıq .
Müstəqillik tariximizə adını qızıl hərflərlə yazdıran bu zirvəni fəth edənlərin ömürləri min illərlə, əslində, ölümsüzlükləri ilə ölçülür. Müqəddəslərimizin üz qoyduğu torpaq o zaman vətən sayılıb ki, uğrunda şəhid olublar, düşmənlə üz üzə vuruşublar.
Qarabağımıza iki yüz il ərzində diş qıcayan yadellilərin, dünyada işğalçı, terrorçu kimi tanınan ermənilərin də iştahı az olmayıb. 
Qarabağın əlimizdən zorla alınmasına çalışan, 30 ilə yaxın bu diyarımızı işğalda saxlayan, sərvətini talayan daşnakların cavabını verib, torpaqlarımızı azad edən cəngavər oğullarımızın bizə əmanət qoyan ana və bacılarımızın 8 mart bayramını təbrik edir və bu şərəfli yolda onlara səbr diləyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Atayeva Günay 
Vetenim-Azerbaycandır.az

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI