Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Murad Dadaşova qarşı “İnqilab” (Məmmədov) - Xəzər TV-də nə baş verir?

Murad Dadaşova qarşı “İnqilab” (Məmmədov) - Xəzər TV-də nə baş verir?
6-02-2021, 11:52 895 dəfə baxılıb

Bu yazı hər hansı bir mövzuda trend xatirinə, hamı yazır deyə yazan, danışan insanlaradır. Məsələ nə olursa olsun, yazılan fikirləri oxuyuram, analiz edirəm, hər kəsin dediyindən fərqli bir fikir yazan, deyən, analiz edən olmur. Təəssüflə deyəcəm ki, boz cəmiyyətin boz qarğaları kimi görünürük. Hamı bir anda eyni səsi çıxarır.
Keçək  məsələyə.
Əvvəla onu qeyd edim ki, mən Xəzər TV-nin əməkdaşı deyiləm, ordan maaş almıram, sadəcə Youtube kanalımız üçün hazırladığımız verilişi Xəzər TV cəmiyyətə faydalı, maarifləndirici hesab etdiyi üçün öz efirində yayımlayır. Yəni nə iş yeri olaraq, nə də maddi olaraq bağlantım və gözləntim yoxdur.
Hətta bir neçə dəfə də Xəzər TV-ni kəskin tənqid belə etmişəm. İndi də hesab edirəm ki, Xəzər TV İçtimai və siyasi tərəfdən çox zəifdir və bu sahəni yaxşı bilən peşəkar jurnalistlərə çalışmalıdırlar, xəbərdən şou düzəldənlərlə yox. Yəni bu yazı Murad Dadaşovu müdafiə məqsədi ilə yazılmayıb. Bu, medalyonun görünməyən tərəfidir və bunu sizə göstərmək məqsədi daşıyır.
Xəzər TV və Murad Dadaşov.
Murad Dadaşov Əli Həsənovun ən çox dəyər verdiyi, üstündə əsdiyi, əsas da oğlu üçün qurduğu bir biznesin rəhbəridir. Xəzər Media Mərkəzi iki televiziyanı (Xəzər tv və Dalğa TV), 3 radionu (Araz fm, Bürc fm və Xəzər fm) özündə birləşdirir. Saytı və film istehsalını hələ qatmıram məsələyə. Həm işini, həm nüfuzunu itirən Əli Həsənov əlində olan şirkətləri də bir-bir itirirdi və dediyim kimi ən çox önəm verdiyi isə Xəzər Media Center idi deyə bu qurumu əlində saxlamaq istəyirdi. Buna nail olmaq üçün çox çalışdı. Yadınızdadırsa, Murad Dadaşovun Xəzər TV-yə rəhbər gedəcəyi xəbərləri yayılmışdı, amma bu, bir neçə ay sonra gerçəkləşdi.
Murad bir neçə ay sonra Xəzər TV əməkdaşlarına rəhbər kimi təqdim olundu. Həmin dövrdə Əli Həsənov bu şirkəti əlində saxlamaq üçün çox dəridən-qabıqdan çıxdı. Hətta bir ara yayılan xəbərlərdə deyilirdi ki, oğlu Şamxal sənədlərə qol çəkmir və şirkətdən çıxmır.
Həsənovlar ailəsinin Murad Dadaşov təyinatından xəbərdar idi və bir tərəfdən təyinat qərarını verən ölkə rəhbərliyinə xahiş, minnət etməklə yanaşı, diğər tərəfdən də Murad Dadaşovu da hədəfə aldılar. Əli Həsənovun trol dəstəsindən yəqin ki, hər kəs xəbərdardır və lazım olanda dolayı yolla radikal müxalif jurnalistləri məlumatlarla bəsləyib, istədikləri adamı onlara yem edirdilər. Bu trollar çəmbəri daralsa da, ona sadiq olanları hələ də var və onlar Xəzər TV məsələsində xüsusi aktivdir.
“Xəzər xəbər”in hazırladığı süjet niyə məqsədindən yayındırıldı və niyə hər dəfə Murad Dadaşov?

Murad Dadaşovun Xəzər TV-yə rəhbər təyin ediləcəyi xəbərləri yayılan ərəfədə verilişlərin birinə qonaq olmuşdu və orada ”Neft dövlətə məxsusdur demişdi”, hakimiyyətə məxsusdur deməmişdi. Kim hakimiyyətə gəlirsə-gəlsin, əbədi deyil, əbədi olan dövlətdir və neft dövlətindir, hakimiyyətin yox. Dövlətin də əsası xalq olduğu üçün, dolayısıyla da ayrı-ayrı şəxslərin, qurumların, partiyanın deyil. Bu müsahibə məhz Muradın adı Xəzər televiziyasına təyin olacaq rəhbər kimi səslənən dövrdə oldu. Bir az diqqətli insanlar xatırlayar. Bu açıqlama ilə Murada qarşı ilk hücum fürsəti yaranmışdı və biriləri bu fürsəti qaçırmazdı. Kontekstden çıxarılaraq bunu dəyərləndirdilər. Beləcə, ilk cırmaq atılmış oldu.
Soruşa bilərsiniz ki, məqsəd nə idi? Məqsəd əslində Murad deyildi, Xəzərə təyin olunan şəxsi xalqın gözündə dəyərsizləşdirib, yuxarı dairələrin təyinatla bağlı yanlış qərar verildiyini, guya ora gələn adam şou adamıdır, danışığını bilmir, kanalı necə idarə edəcək görüntüsü yaradaraq “Bunu bizdən başqa heç kim bacarmaz” deyə sübut etmək, “nə qədər ki məsələ həll olunmayıb, bu qərarı verməkdə tələsməməyin” demək idi. Bununla da zaman qazanmaq və qərar verən instansiyanı fikrindən daşındırmaq idi. Xəzər TV-yə Murad yox, kim gəlsəydi, ona qarşı bu hücum olacaqdı. Və bu Murad oldu.
Uzun çək-çevirdən sonra bu plan işləmədi, çünki Əli Həsənovla bağlı bir çox xəyanət məsələlərinin üstü açılmışdı və ona olan güvən, etibar bir daha düzəlməyəcək şəkildə sarsılmışdı.
  • Bəli, bu təyinat Əli Həsənovun 30 illik nüfuzuna rəğmən baş verdi. Oğlu və özü fiziki olaraq ordan çəkilməli oldular. Çəkildilər, amma yalvarışların biraz təsiri olmuşdu və hələlik “Araz FM” hardasa tam alınmadı, üstəlik sənədlər üzərində və hüquqi olaraq hələ də Xəzər Media Mərkəsi bütünlükdə Həsənovlar ailəsinin təsisçiliyi altında fəaliyyətini davam etdirir.
Yəni defakto Murad rəhbər olsa da, de yure Həsənovlardır.
Həsənovlar ailəsi, “çıxmayan candan ümid kəsilməz” prinsipi ilə bundan sonra hər detalı bir fürsət kimi dəyərləndirəcəkdi və səbirlə oturub yeni materiallar gözləyəcəkdi. Və bunu da zamanı gəldiyində içəridə kök salmış uzantıları vasitəsi ilə edəcəkdi. Bu şəxs də Xəzər TV-də qalan ən böyük fiqur ictimai-siyasi programlar departamentinin rəhbəri, Əli Həsənovun sadiq əsgəri İnqlab Məmmədov idi.
O İnqlab Məmmədov ki, istənilən peşəkar jurnalistdən soruşsanız, onun necə bir xarakterdə və xislətdə olduğunu hər kəs deyər. Və hər kəs də çox gözəl bilir ki, Əli Həsənov heç bir zaman ətrafında öz düşüncəsi, fikri və dəyərləri olan birinini 1 saat da saxlamazdı. Əgər İnqlab Məmmədov illərlə onun yanında qala bilibsə, heç kim olduğu halda Xəzər TV kimi böyük kanala xəbər müdiri olaraq o gətiribsə, deməli, İnqilab Məmmədov Əli Həsənovun bütün dəyərsizlik sistemi ilə qiymətləndirdiyi cədvəl üzrə ən yüksək balı almışdı. Başqa cür mümkün deyil.
Daha sonrakı Muradla bağlı hansı məsələ qabardıldı? Yadınızda? Əli Həsənovun oğlu Şamxal Həsənlinin vaxtından yayımlanan “Komedixana” ya da “Komedixanım” verilişi. Müharibə vaxtı və şəhidlərin olduğu vaxtda niyə bu cür verilişlər yayımlanır sualı ilə. Halbuki müharibə vaxtı Xəzər TV-də Leyla Əliyeva sırf müharibə iştirakçıları ilə bağlı veriliş hazırlayırdı. Xəzər TV-nin bütün verilişlərinə qazilər gəlirdi, şəhidlərə qısa filmlər həsr edilirdi, Birinci Studiya ancaq müharibədən danışırdı. (Televiziya sistemində ömür boyu çalışmayan insanlara bu sistemi izah etmək anlamsızdır. Ona görə də yazı çox uzanmasın deyə bu məsələnin üstündə durmayacam. Yoxsa bununla bağlı geniş bir fikir yaza bilərəm.) Komedi xanım da çox qabardıldı. Bu veriliş Mudaddan öncə xəzər tv də yayımlanırdı və onsuzda daxildən çox ciddi maliyyə və kadr problemləri olan kanalı bir neçə aya düzəltmək, böyük dəyişiklik etmək çox çətindir. Çünki Əli Həsənovun oğlu Şamxal televiziyanı öz arxa baxçasına çevirmişdi. TV ilə əlaqəsiz kim var idisə, Xəzərdə idi, peşəkarlar yerinə naşılar işləyirdi. Az maaşa çox işləyə biləcək kim varsa, orada idi. Hətta xatırlayırsınızsa, Xəzər TV-də maaşların aylardır gecikməsi ilə bağlı saytlar xəbər yaymışdı. Yəni, Murad bu xaosun içinə gəlib və illərlə dağıdılan bu sistemi yenidən qurmalıdır.
Nəhayət gəldik “Xəzər Xəbər”də yayımlanan və şəhid ailələrinə qarşı hörmətsizlik edildiyi iddia edilən süjetə.
Bu məsələyə diqqət edin. Xəbərlərdə süjet yayımlanıb və xəbər direktoru, xəbər departementi hazırlayıb deyilmir. Murad deyib deyir hər kəs. Bu hadisə elə yayıldı ki, sanki Murad Dadaşov şəhid ailələri ilə bağlı açıqlama verib. Onları təxribatçı adlandırıb. İnsanlarımız məsələnin nədən ibarət olduğunu araşdırıb oxumadan tez-tələsik fikir bildirməyə o qədər öyrəşib ki, bunu planlayanlar da cəmiyyətin bu xüsusiyyətini çox gözəl bilir və dayanmadan təhrif olunmuş şəkildə kimlərsə danışır, məsələ dönüb dolaşıb Murad Dadaşovun başında partlayır. Çünki plan belə qurulub. İndi deyə bilərsiniz ki, kanalın rəhbəri Muraddır, bəs kimin adı hallanmalıdı? Elə onların da planı belə qurulub. Murad populyar simadı, kanalın rəhbəridir və bizim hədəfimizə çatmağımız üçün asan loxmadır. İnsanlar onu tanıyır, xəbər departamentinin rəhbəri isə tamaşaçılar tərəfindən tanınmır. Dolayısıyla olur Muradın kanalı. Və hər şeyi Murad edir.
Bəs xəbər departamenti və redaktorları? Onlar nə üçün işləyir və nə üçün maaş alır?
Xəbəri Murad yazıb hazırlamır. O yazsa belə, xəbər sahəsində çalışmadığı üçün xəbər siyasətinə nəzarət edən İnqilab Məmmədov xəbəri idarə etməyib, çörək yediyi qaba tüpürüb. İnqilab Məmmədov dövlətçi davransaydı, bu mətində qıcıq yarada biləcək ifadələri dəyişməliydi, xəbərdar etməliydi və müdaxilə etməli idi. Etməyibsə, burda bir pis niyyət var, açıq yer axtarıb ordan vurmaq var.
Soruşa bilərsiniz ki, yaxşı, bütün bunlar nə üçündür? Onsuz da Həsənovlar nüfuzunu itirib, gücü qalmayıb və hər şeyini verməyə hazırdır ki, təki ona əl dəyməsinlər. Bayaq dedim axı, çıxmamış candan ümid kəsilmir. Əgər heç nə onun üçün əhəmiyyətli deyilsə, nə üçün şirkətin bir hissəsini, yəni radionu özündə saxlamağa çabalayır? Niyə hələ də kanalın təsisçisi onlardır? Niyə imzalamaq üçün dirəniş göstərirdilər? Demək ki, tam təslim olmayıb. Bütün bunları etməkdə məqsəd özünün nə qədər vacib olduğunu, “mən yoxam, hər şey idarədən çıxıb”, “kanal, xəbər düzgün idarə edilmir və insanlar etirazlar edir”. “Məni həbs etməyin, toxunmayın, mən hələ sizə lazımam” mesajıdır bu.
Bu yazıdan çıxarılacaq nəticə odur ki, hər şey sizə çatdırıldığı kimi deyil, məsələləri dəqiqləşdirmədən hər kəsin dediyini demək və hər kəsin vurduğu yerdən sizin də vurmağınız qəhrəmanlıq deyil. Təəssüf ki, bu axına jurnalistlər, içtimai fəal insanlar, hətta TV sistemində baş verənlərdən xəbərdar olan insanlar da qatılır.
O kanala kim gəlirsə-gəlsin fərq etmir, bu və ya buna bənzər hadisələr onun başına gələcəkdi, bu hücumun başqa forması ona olacaqdı. Mütləq bir boşluğunu tapıb ordan vuracaqdılar, çünki axtarsan ən mükəmməl olan bir işdə də qüsur tapmaq mümkündür. Məqsəd oldudan sonra məqsədə çatmaq üçün bütün vasitələr sınanır.
Bu məsələdə populistlik xətrinə mən də hamı dediyini deyim və hörmət, xal qazanım deyə hərəkət etmək də qəhrəmanlıq deyil və sizə hörmət gətirməz. Fərqli fikir səsləndirməkdən, gerçəkləri deməkdən, ədalətli olmaqdan qorxmayın.
Əli Həsənovla bağlı isə sonda bir yekun nəticə istəsəniz, türk qardaşlarımız deyimi ilə yekunlaşdıraram. Huylu huyundan vaz keçməz. Bizdə də deyirlər qozbeli qəbir düzəldər ancaq. Xislətində adam xərcləmək olan və buna alışan biri bunu vərdiş halına çevirir. Bunu tərgitmir, və asanlıqla insanları xərcləyir. Yəni, Canavarın balası canavar, çaqqalınkı isə çaqqal olur, heç vaxt canavar olmayacaq.
Vetenim-Azərbaycandir.az

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI