19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Müsabiqə qalibləri mükafatlandırıldı.
26 Noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Təhsil Cəmiyyəti tərəfindən VIII-XI sinif şagirdləri arasında keçirilən "Xəyallarımı hekayəmdə anlatdım" hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.
Belə ki, iki ay davam edən layihəyə Respublikanın ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri tərəfindən göndərilən yüzlərlə hekayə arasından 20 hekayə qalib seçilmişdir.
Tədbirdə İctimai Birliyin sədr müavini Murad Ağalarov çıxış edərək qalibləri təbrik etmişdir. Bundan başqa layihənin eksperti, ARTİ-nin şöbə müdiri Könül Nəhmətli hekayələrin seçim prosesi ilə bağlı ətraflı məlumat vermişdir. Qaliblərə plaket, sertifikat və müxtəlif hədiyyələr təqdim edilmişdir. Qaliblərlə tanış olaq:
1. Şəki şəhər 18 saylı tam orta məktəbin X sinif şagirdi Xanım Abdurrəhimli
2. Şəki şəhəri R.Əfəndiyev adına 10 saylı tam orta məktəbin VIII sinif şagirdi Rahilə Abdurahmanova
3. Bakı şəhəri C.Cabbarlı adına 187 saylı tam orta məktəbin X sinif şagirdi Zəhra Cavadova
4. Bakı şəhəri Yasamal rayonu 13 saylı tam orta məktəbin VIII sinif şagirdi Şəfiqə Məhərrəmova
5. Bakı şəhəri, Xətai rayonu, 245 saylı tam orta məktəbin IX sinif şagirdi Xədicə Əliyeva
6. Bakı şəhəri, Xəzər rayonu, R.M. Sadıqov adına 136 saylı tam orta məktəbin X sinif şagirdi Xədicə Əlizadə
7. Bakı şəhəri, Sabunçu rayonu, N.İsmayılov adına 80 saylı tam orta məktəbin VIII sinif şagirdi Hamlet Cəfər
8. Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin X sinif şagirdi Lalə Qurbanlı
9. Bakı şəhəri, Binəqədi rayonu, Z.Məmmədov adına 103 saylı tam orta məktəbin IX sinif şagirdi Dəniz Sadıqlı
10. Bakı şəhəri, Sabunçu rayonu, 311 saylı tam orta məktəbin XI sinif şagirdi Aysu İsmayılova
11. Bakı şəhəri, Qaradağ rayonu, K.Yaqubov adına 184 saylı tam orta məktəbin X sinif şagirdi Xədicə Əliyeva
12. Quba rayonu, Alekseyevka kəndi, R.O.Məmmədov adına tam orta məktəbin IX sinif şagirdi Fatimə Manafova
13. Quba şəhəri, A.Məmmədov adına 2 saylı məktəb-liseyin X sinif şagirdi Səbinə Allahquliyeva
14. Bakı şəhəri, Nizami rayonu, X.Quliyev adına 62 saylı tam orta məktəbin IX sinif şagirdi Ləman Hacızadə
15. Bakı şəhəri, Sabunçu rayonu, 130 saylı tam orta məktəbin XI sinif şagirdi Xanım Quliyeva
16. Bakı şəhəri, Nizami rayonu, K.Əyyubov adına 12 saylı tam orta məktəbin XI sinif şagirdi Gülcan Qəniyeva
17. Şəki şəhəri, 5 saylı tam orta məktəbin X sinif şagirdi Aliyə Xəlilova
18. Şəki rayonu, Köndələn kənd tam orta məktəbin XI sinif şagirdi Xəyalə Musayeva
19. Ağcabədi rayon S.Hüseynov adına Xocəvənd kənd 1 saylı tam orta məktəbin XI sinif şagirdi Humay Nəhmətli
20. Bakı şəhəri Səbail rayonu 189-190 saylı tam orta məktəbin XI sinif şagirdi Səma Muğanna
VETENİM-AZERBAYCANDIR.AZ