08:41 - Azərbaycan Polisi 107 yaşında
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
Şabran rayonu, Ugah kəndi. Orta əsrlərə aid Türbə.
Şabran rayonu, Ugah kəndi. Orta əsrlərə aid Türbə. Görünüşünə görə, Alpan kəndində yerləşən Subaba Pirini ( Sufi Mikayıl) xatırladan bu abidə, çox güman ki, elə həmin dövrü əhatə edir. Yerli sakinin dediyinə görə Türbə Abu ibn Bəkir adlı ilahiyyətçi alimin adı ilə bağlıdır və Türbənin içərisində üç məzarın mövcudluğu, mərhumun ailə üzvlərinin olduğu söylənilir. Türbənin üzərində daş kitabə, içərisində isə məzar daşlarının fraqmentləri var. Bir zamanlar Türbənin içərisindən çoxsaylı dini ədəbiyyətin tapılması haqqında da məlumatlar var. Türbənin özü haqqında məlumat az olsa da, ziyarət edənlərin sayı heç də az deyil. Təssüflər olsun ki, bu cür əhəmiyyətli bir abidə indiyədək Dövlət qeydiyyatından keçməyib. Lakin Dövlət Xidmətinin Şabran Regional İdarəsinin, mütəxəssislərdən ibarət yeni komandası inanıram ki, yaxın gələcəkdə bu çatışmazlığı aradan qaldıracaq.
Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az".