Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ombudsman Əmək Məcəlləsinin 79-cu maddəsinə dəyişiklik təklif edir

Ombudsman Əmək Məcəlləsinin 79-cu maddəsinə dəyişiklik təklif edir
26-07-2022, 20:15 311 dəfə baxılıb

"Diqqət çəkən məqamlardan biri də pensiya yaşına az qalmış şəxslərin ixtisar yolu ilə işdən azad edilməsi və ya onların işə qəbul olunmasından imtina edilməsi ilə bağlıdır".


 "Vətənim-Azərbaycandır.az" məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

Ombudsman bununla əlaqədar xarici ölkələrin təcrübəsi tətbiq edilməklə qanunvericiliyə zəruri əlavə və dəyişikliklərin edilməsini zəruri hesab etdiyini bildirib: "Qeyd etmək istərdim ki, cari ildə Rusiya Federasiyası qanunvericiliyinə edilmiş dəyişikliklərlə pensiya yaşına çatmayan, ixtisar və ya müəssisənin ləğvi ilə əlaqədar işdən çıxarılan, məşğulluq xidməti tərəfindən işlə təmin edilə bilməyən vətəndaşlara pensiya yaşına çatmasına 2 il qalmış əmək pensiyasına çıxmaq hüququ verilir. Bununla bağlı qərar məşğulluq xidməti orqanlarının təklifi ilə qəbul edilir. Bu zaman qanunvericilikdə müəyyən olunmuş sığorta stajının olması tələb olunur".

S.Əliyevanın fikrincə, problemin digər həlli yolu pensiya yaşına müəyyən müddət qalmış şəxslərlə əmək müqaviləsinin ləğv olunmasını qadağan edən müddəaların qanunvericilikdə təsbit edilməsidir: "Bununla əlaqədar Əmək Məcəlləsinin 79-cu maddəsinə (Əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçilər və hallar) və İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə (Əmək qanunvericiliyinin pozulması) müvafiq əlavə və dəyişiklərin edilməsi məqsədə müvafiq olardı".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI