Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiyada azərbaycanlı qətlə yetirildi.

Rusiyada azərbaycanlı qətlə yetirildi.
23-07-2022, 16:13 230 dəfə baxılıb

İyulun 22-də Rusiyanın Sankt-Peterburq şəhərində yaralı azərbaycanlı ölümə tərk edilib.


Axşam saatlarında Novoselova küçəsində yerləşən 8 saylı poliklinikanın yaxınlığında omba nahiyəsində bıçaq xəsarəti olan kişi aşkar edilib.

Ərazidə quraşdırılmış müşahidə kameralarının qeydlərinə görə, “Qazel” markalı avtomobil tibb müəssisəsinə yaxınlaşıb, yaralı sərnişin özü oturacağı tərk edərək yıxılıb. Sürücü isə əvvəlcə tibb müəssisəsinə daxil olub və dostuna kömək etməyi xahiş edib, sonra ərazini tərk edib.

Sürücü tezliklə tapılıb və onun 52 yaşlı kişi olduğu ortaya çıxıb. Zərərçəkmiş, 50 yaşlı Azərbaycan vətəndaşı iki saat keçməmiş poliklinikada dünyasını dəyişib.

Yerli polis faktla bağlı araşdırmalara başlayıb.

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI