Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

YUBİLEY TƏBRİKLƏRİ.

YUBİLEY  TƏBRİKLƏRİ.
24-04-2024, 17:28 79 dəfə baxılıb


Mərhəməti və xeyirxahlığı ilə bir çoxlarından fərqlənən, mənəviyyatca zəngin, İntelektual potensialı güclü olan, yüksək əxlaqi kriteriyalara məxsus Vətənim Azerbaycandır.az informasiya agentliyinin iqtisadi məsələlər üzrə müşaviri Orucov Şiraslan Əliş oğlunun 24.04.2024cü il tarixində 50 illik Yubileyi ilə əlaqədar olaraq, Baş redaktor Kamran Orucov başda olmaqla OnderTv.Org. informasiya agentliyinin  kollektivi Yubleyarı  AD  GÜNÜ münasibətilə TƏBRİK EDİR,"Yeni ömür səhifəniz xoş xatirələrlə dolu olsun" - deyirik. Xəyallarınız gerçək, kədər sizdən uzaq olsun. Gələcək günlər daima sizə yaxşı əhval-ruhiyyə bəxş etsin.  Qeyd etmək istəyirəm ki, Ölkəmizin milli, mənəvi maraqlarına yorulmadan xidmət edən Orucov Şiraslan bütün tarixi ənənələrimizin ən saf, təmiz strukturunu özündə cəmləşdirmişdir. Şiraslan müəllimin həyatı keşməkeşli olmasına baxmayaraq bu günə kimi dəyərini hələ də özündə qoruyub saxlayan şəxsiyyət kimi tanınır. Şiraslan müəllimin qədərinə iki dəfə köçkünlük həyatı yaşamaq yazılıb. Böyüyüb boya-başa çatdığı Qədili kəndi nankor ermənilər tərəfindən vəhşicəsinə işğal olunduqdan sonra Şiraslan Orucov ailələrilə birlikdə Qubadlı rayonuna sığınırlar. 
Amma.. erməni vandalları burda da onları rahat qoymur.. Artıq ikinci dəfə ailəsilə birlikdə Azərbaycanın ikinci böyük sənaye şəhəri olan Sumqayıt şəhərində məskunlaşmağa qərar verirlər. O vaxtdan indiyədək Sumqayıta  doğma el-obası kimi bağlanan Şiraslan Orucov hələ də Qubadlı həsrətilə yaşayır.. Bütün çətinliklərə  baxmayaraq Şiraslan müəllimin ailəsi dinimizi- dilimizi, mədəniyyətimizi qoruyub saxlamağı bacaran, sözün əsil mənasında ziyalı Azərbaycan ailəsidir. Yubleyarımız İşğalda olan torpaqlarıımızın azadlığı uğrunda canından keçən Şəhid, Qazi, imtiyazlı ailələrə xüsusi qayğı və hörmətlə yanaşır. Şiraslan Orucov bizə verdiyi çıxışlarında daima qeyd edir ki,-"Zəfər çalmış torpaqlarımızda və bütöv Azerbaycanın  səmalarında üç rəngli Bayrağımızın dalğalanması çox qürurverici hisslərdir. Bu hissləri bizə yaşadan 
Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumuruğu və Müzəffər Şanlı Ordumuzun  yenilməz qüdrəti təbii ki, bizə güc-qüvvət  verir." -deyir.
 Və Dünya Azərbaycanlarını Prezidentin ətrafında sıx birləşməyə səsləyir..
Şiraslan müəllimə həyat və fəaliyyətində uğurlar arzu edirik. Sevdiklərinizlə birlikdə 100yaşayın dəyərli şəxsiyyət..
ONDERTV.ORG informasiya agentliyinin icraçı direktoru: Nailə Muradova.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI