Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İyulun 31 - də Nizami Kino Mərkəzində Azərbaycan çempionu, Silahlı Qüvvələrin baş leytenant, Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimat mərasimi keçirildi.

İyulun 31 - də Nizami Kino Mərkəzində Azərbaycan çempionu, Silahlı Qüvvələrin baş leytenant, Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimat mərasimi keçirildi.
1-08-2023, 23:24 513 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


İyulun 31 - də  Nizami Kino Mərkəzində mərkəzində Azərbaycan çempionu, Silahlı Qüvvələrin baş leytenant, Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimat mərasimi keçirildi.




 Hamımıza məlumdur ki, Ali Baş Komandan Cənab Prezident İlham Əliyev bu ili Heydər ili elan etmişdir və  filmin təqdimatı məhz Ulu Öndər Heydər  Əliyevin 100 illiyi yubileyi ərəfəsində Azərbaycanın bütün rayonlarında keçirilməsi nəzərdə tutulub və iş planında ilk sıradadır. 

Rejissoru və ssenari müəllifi Ruslan Mollayev olan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimatında  şəhidimizin valideyinləri Əli Qasımov və Almaz Qasımova, Şəhid ailələri, Qazilər, Suraxanı Rayon YAP sədri Vüqar Seyidov, Milli Dəyərlərin Qorunması İB sədri Dilarə Əliyeva və İB Şəhid ailələri və qazilərlə iş şöbəsinin rəhbərləri Aləddin MMC rəhbəri  Arzu Fərəcova və 1 –ci Qarabağ müharibəsi şəhidinin qızı İlahə Rəhimova, BAKI İnşaat Sənaye  ASC rəhbər Ramiz  müəllimi , "Zəfər Yolu"Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin sədri,zefernews.az saytının rəhbəri, jurnalist, şairə-publisist Abdullayeva Pərvanə Salmanqızı, VETENİM-AZERBAYCANDIR.AZ informasiya portalının rəhbəri Kamran Orucov, AVMVİB- NİN səlahiyyətli nümayəndəsi Elmar  Hüseynov,Tədbirin təşlikati işlərində yaxından köməklik göstərən AVMVİB- nin fəxri, Dünya Alpaqut Federasiyasının nümayəndəliyinin Vitse Prezidenti Fərahim Sadiq, Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyyatda olan baş leytenantı, Dəniz Nəqliyyatında və Enerji Baş Gömrük İdarəsinin Dübəndi Gömrük Postunun böyük inspektoru, gömrük xidməti mayoru İqbal Səfərov, Azərbaycan Teleziyasının solisti Bəsti Qasımova, Yasamal MKS direktoru Arzu Xudayarova və  tədbirn təşkilatçısı Əfsanə Əliyeva iştirak etdilər.Sənədli filimdə şəhid Muxtar Qasımlının döyüş yolu, məktəb illəri, idmanda qazandığı  bütün uğurları, iş həyatı, 44 günlük vətən müharibəsində göstərdiyi qəhrəmanlıq filmin əsas süjet xəttindən təşkil edir.  
  İlk öncə tədbir bədii hissə ilə  daha sonra rəsmi  hissə ilə davam etdi. Çıxış üçün söz  şəhidimizin atası və filmin baş prodüseri Əli Qasımlıya və filmin bədii rəhbəri Almaz Qasımlıya verildi. Onlar  çıxış edərək öz oğulları ilə hər zaman fəxr etdiklərini bildirdilər. Muxtarın uşaqlıq illərindən, ömür yolundan, idman uğurlarından, hərbidə olduğu illərdən söz açdı və filmin Füzulidə çox çətinliklə, səngərlərin içində, mina riskinin olacağını göz önünə alaraq  da olsa ərsəyə gəldiyindən bəhs etdilər.        
    Bildirmək istərdim ki, Muxtar Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərinda anadan olub. 1999-cu ilde Bakı şəhəri  318 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2009-cu ildə məktəbi bitirmişdir. Muxtar Qasımlının erkən yaşlarında idmana marağı olmuş və bir çox idman yarışlarında iştirak etmiş, diplom və mükafatlara layiq görülmüşdür.
2009-201 3-cü illərdə Azərbaycan Dövlat Bədən Tərbiyəsi və İdman Akademiyasının Kikboksing fakültəsi üzrə bakalavr təhsili almışdır.
   Vətənpərvər ruhu ilə böyüyən Muxtar Qasımlı 2013-cü ildə Gədəbəy rayonunun Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi harbi xidməta çağırılmışdır. Hərbi xidmətdə olarkən döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi yüksək nailiyyətə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.
Xidmətini davam etdirərkən Silahlı Qüvvələrin Təlim və tədris mərkəzinə zabitlik kursuna daxil olub və kursu müvəffaqiyyatla başa vuraraq 2014-cü ildə ordu sıralarından ehtiyata buraxılır.
Hərbi xidmətdan qayıtdıqdan sonra Muxtar Azərbaycanda keçirilən Menis fizik üzrə yarışlarda ardıcıl olaraq iştirak edib. 
52 və 7-ci yerlər üzrə mükafatlandırılmışdır.
Nəhayat 27 oktyabr 2019-cu ildə 1-ci yərə çıxaraq Azərbaycan çempionu adına ayaq görülüb. Azərbaycan Silahlı Qüvvələrin baş leytinantı olan Muxtar Qasımlı 2020-ci il 21 sentyabr tarixinda ehtiyatda olan hərbi vazifəli şəxs kimi talimə çağırılıb və Azərbaycanla Ermənistan arasında başlayan 2-ci Qarabağ müharibasində Füzulinin azad olunması uğrunda gedən döyüşlərda iştirak edib və 02.1 0.2020 -ci il tarixinda yaralı halda döyüşərakn növbəti döyüş yoldaşını əraziden çıxararkən qəhramancasına şəhidlik zirvəsine ucalır. Şəhidliyindən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən 15.12.2020-ci il "Vətən Uğrunda", 12.2020-ci il "Füzulinin Azad Olunmasına" medalına,  05.06.2022- ci ild "3-cü dərəcəli Vətənə Xidmətə görə" ordeni ilə təltif olunmuşdur. 
    


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI