19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Füzuli Şəhərində Beynəlxalq Muğam Mərkəzində, baş leytenant Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimatı keçirildi.
VETENİM-AZERBAYCANDIR.AZ
Mayın- 1 da Füzuli Şəhər İcra Hakimiyyətinin və Füzuli Şəhər Beynəlxalq Muğam Mərkəzində, baş leytenant Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimat mərasimi keçirildi.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarıət etdilər.
Rejissoru və ssenari müəllifi Ruslan Mollayev olan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimatında şəhidimizin valideyinləri Əli Qasımov və Almaz Qasımova, Şəhid ailələri, Qazilər, Füzuli Şəhər İcra Hakimiyyətinin Başçısının müavini Vüqar Teymurov, Təhsil Şöbəsinin Müdüri Ramella Məmmədova, YAP-nın sədri Almaz Haşımova , Qarabağ Qaziləri İctimai Birliyinin sədri Nəriman Əliyev Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli şəhər üzrə nümayəndəsi Etiram Nəzərov, , Icra Hakimiyyətinin Şəhid ailələri İctimai Birliyinin sədri Hafiz Mİsirli, İcra Hakimiyyətinin Humanitar Məsələlər Şöbəsinin Müdür Müavini Ülkər Bayramlı, İqtisadiyyat Nazirliyinin Qarabağ Regional idarəsinin əməkdasları, İcra numayəndələri məktəb direktorları, Hərbi Komissarlığının şöbə müdiri iştirak etdilər İsmət Hacıyev. Füzuli rayon gənclər İdarəsinin rəis müavini Ruslan Nadirli iştirak ediblər. Sənədli filimdə şəhid Muxtar Qasımlının döyüş yolu, məktəb illəri, idmanda qazandığı bütün uğurları, iş həyatı, 44 günlük vətən müharibəsində göstərdiyi qəhrəmanlıq filmin əsas sujet xəttində təşkil edir. Çıxış üçün söz sonda şəhidimizin atası və filmin baş prodüseri Əli Qasımlıya və filmin bədii rəhbəri Almaz Qasımlıya verildi. Onlar çıxış edərək öz oğulları ilə hər zaman fəxr etdiklərini bildirdilər. Muxtarın uşaqlıq illərindən, ömür yolundan, idman uğurlarından, hərbidə olduğu illərdən söz açdı və filmin Füzulidə çox çətinliklə, səngərlərin içində, mina riskinin olacağını göz önünə alaraq da olsa ərsəyə gəldiyindən bəhs etdilər.
Bildirmək istərdim ki, Muxtar Qasımlı Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edəb. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Muxtar Qasımlı oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb. Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Daha sonra Qarabağ Qaziləri İctimai Birliyinin sədri Nəriman Əliyev əziz şəhidimiz Muxtar Qasımlının valideyinlərini Qarabağ Qaziləri İctimai Birliyi adından Fəxr Fərmanla təltif etdi.
Allah rəhmət eləsin!
#Füzuli #VətənMüharibəsi #Qələbə #Zəfər #AliBaşKomandan #MüzəffərOrdu #SilahlıQüvvələr #QarabağAzərbaycandır #ŞəhidlərÖlməzVətənBölünməz
ƏFSANƏ ƏLİYEVA
VETENİM-AZERBAYCANDIR.AZ