Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Aprelin 26-da Xəzər Rayon Mərdəkan Mədəniyytət Sarayında "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimat mərasimi keçirildi.

Aprelin 26-da Xəzər Rayon Mərdəkan Mədəniyytət Sarayında "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimat mərasimi keçirildi.
28-04-2023, 06:51 262 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Aprelin 26-da Xəzər Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və Şəhid ailələri ilə iş üzrə şöbəsinin təşkilatçılığı İlə, Xəzər rayon Mərdəkan Mədəniyytət Sarayında rayon məktəbliləri üçün Vətən müharibəsi şəhidi, baş leytenant Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimat mərasimi keçirildi. 




 Rejissoru və ssenari müəllifi Ruslan Mollayev olan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimatında  şəhidimizin valideyinlər Əli Qasımlı, Almaz Qasımlı, Şəhid ailələri, Xəzər Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və

 Şəhid ailələri ilə iş üzrə şöbəsnin sədri Teymur Həşimov iştirak etdilər. 
 Filimin süjet xəttini şəhid Muxtar Qasımlının döyüş yolu, məktəb illəri, bütün uğurları, iş həyatı göstərilmişdir.

   Çıxış üçün söz 318 № li məktəbin müəlliməsi, eyni zamanda tədbiri öz çıxışları ilə rəngarəng edən, şəhidimizin həyat yolundan bəhs edən kompazisiya və mahnıları ilə bəzəyən 2 b sinif şagirdlərinin çıxışlarını ərsəyə gəlməsini təşkil edən Firuzə Nəcəfovaya verildi. Füruzə müəllimə Muxtarın şagirdlərimizə bir örnək olduğunu söylədi. Almaz xanıma və Əli müəllimə səbr dilədi, Allah rəhmət eləsin didi.

   Çıxış üçün söz sonda şəhidimizin atası və filmin baş prodüseri Əli Qasımlıya və filmin bədii rəhbəri Almaz Qasımlıya verildi. Onlar çıxış edərək öz oğlları ilə hər zaman fəxr etdiklərini bildirdilər.  Muxtarın uşaqlıq illərindən, ömür yolundan, idman uğurlarından, hərbidə olduğu illərdən söz açdı və filmin Füzulidə çox çətinliklə, səngərlərin içində, mina riskinin olacağını göz önünə alaraq  da olsa ərsəyə gəldiyindən bəhs etdi. Əli Qasımlı  daha sonra yüksək təşkilatçılığa görə 
Bildirmək istərdim ki, Muxtar Qasımlı Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Muxtar Qasımlı oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.
Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
  



Əfsanə Əliyeva
#Suraxanı #VətənMüharibəsi #Qələbə #Zəfər #AliBaşKomandan #MüzəffərOrdu #SilahlıQüvvələr #QarabağAzərbaycandır #ŞəhidlərÖlməzVətənBölünməz


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI