08:41 - Azərbaycan Polisi 107 yaşında
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
Sumqayıt məktəbliləri üçün keçirilən "Yay Futbol Düşərgəsi" layihəsinin birinci mərhələsi başa çatıb - FOTOLAR
"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi və "Azərikimya" İstehsalat Birliyinin dəstəyi, "Sumqayıt Futbol Klubu"nun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün keçirilən "Yay Futbol Düşərgəsi" layihəsinin birinci mərhələsi başa çatıb. İlk qrupun son günündə bütün iştirakçılar mükafatlandırılıb. "Kapital Bank Arena"nın konfrans zalında baş tutan mərasimdə "Sumqayıt" FK-nın prezidenti Riad Rəfiyev, Müşahidə Şurasının sədri Abdulla Məmmədov, Müşahidə Şurasının üzvü və "Paşa Həyat Sığorta” ASC-nin nümayəndəsi Vüsal Nağıyev, "Sumqayıt” Futbol Akademiyasının koordinatoru Hakan Sünal, futbol veteranı Telman Salahov, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının əməkdaşı Emin Əliyev və digər qonaqlar iştirak edib. Layihənin yekunu ilə əlaqədar olaraq, ilk qrupunun iştirakçıları olan "Vətən Müharibəsi” şəhid və qazilərinin övladları tərəfindən müxtəlif kompozisiyalar tədbir iştirakçılarına nümayiş etdirilib. Sonda bütün iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, sponsorların ayırdığı xüsusi hədiyyələr və diplomlar təqdim edilib.
Ümumilikdə, 48 məktəbdən 100-dən artıq məktəblinin qatılacağı bu layihə 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta"nın sponsorluğu ilə keçirilir və bu müddət ərzində 600-dən çox məktəbli bu seminarın iştirakçısı olub.
Qeyd edek ki, "Xarı Bülbül” yay futbol düşərgəsi layihəsinin təşkilatçılığında Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodisti, YAP Sumqayıt şəhər təşkilatının Elm və Təhsil üzrə koordinasiya qrupunun rəhbəri Cəmilə Fəyyaz, Təfəkkür Liseyindən Əhmədova Sevinc, 35, 3, 14 nömrəli məktəblərinin müəllimləri Vəliyeva Nigar, Səfərli Aygün, Əliyeva Ülviyyə, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyindən Nəzrin Cavid qızı və Bakı Slavyan Universitetinin tələbəsi Əliyeva Nəzrin iştirak ediblər.