17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
14:34 - Müasir Azərbaycan ordusu müstəqilliyimizin və suverenliyimizin qoruyucusudur
12:58 - Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər edib
12:57 - İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və "Made in Italy" nazirini qəbul edib
12:53 - İlham Əliyev: Mingəçevir Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək
12:50 - Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
General rütbəsi alanlar... - Biri Ramiz Mehdiyevin qardaşı oğludur
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Xəlilov Təmkin Həsən oğluna, Mehdiyev Telman Hüseynqulu oğluna və Novruzov Qulu Novruz oğluna gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.
Vetenim-Azerbaycandir.az "Qafqazinfo" Istinadən bu məqamda onlar barəsində məlumatları təqdim edir:
Novruzov Qulu Novruz oğlu - Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi
O, 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun (indiki Babək) Nehrəm kəndində anadan olub. 1999-cu ildən Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2000-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində “Xaricdə təhsil alan tələbələr üzrə iş” sektorunun müdiri vəzifəsində, 2007-2010-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri vəzifəsində, 2011-2013-cü illərdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini vəzifəsində çalışıb.
.
.
.Q.Novruzov 2013-2016-cı illərdə AR Təhsil Problemləri İnstitutunun (indiki Təhsil İnstitutu) direktoru, 2016-2018-ci illərdə isə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışıb.
30 oktyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsinə təyin edilib.
Ailəlidir, üç övladı var.
Xəlilov Təmkin Həsən oğlu – Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi
O, 1975-ci il oktyabrın 24-də Bakı şəhərində anadan olub.
2000-ci ildən Dövlət Gömrük Komitəsi Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, Maliyyə şöbəsinin böyük inspektoru, şöbə rəisi və baş idarə rəisinin 1-ci müavini vəzifələrində çalışıb..2018-ci ildə Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisi vəzifəsinə təyin edilib.
Ailəlidir, üç övladı var.
Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi
Telman Mehdiyev uzun müddətdir Dövlət Gömrük Komitəsində çalışır. O, 2017-ci ildə bu sahədə fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib..Telman Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin qardaşı oğludur. Telman Mehdiyevin qardaşı Nəriman Mehdiyev isə hazırda Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimidir.