01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
ABŞERON RAYONUNDA QƏHRƏMAN MUXTAR QASIMLI SƏNƏDLİ FİLMİNİN TƏQDİMATI KEÇİRİLDİ.
VETENİM-AZERBAYCANDIR.AZ
İyunun 22 - də Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayon Mədəniyət mərkəzində Azərbaycan çempionu, Silahlı Qüvvələrin baş leytenant, Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimat mərasimi keçirildi. Hamımıza məlumdur ki, Ali Baş Komandan Cənab Prezident İlham Əliyev bu ili Heydər ili elan etmişdir və filmin təqdimatı məhs Ulu Öndər Heydər Əliyevin 100 illiy yubileyi ərəfəsində Azərbaycanın bütün rayonlarında keçirilməsi nəzərdə tutulub və iş planında ilk sıradadır.
Rejissoru və ssenari müəllifi Ruslan Mollayev olan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimatında şəhidimizin valideyinləri Əli Qasımov və Almaz Qasımova, Şəhid ailələri, Qazilər, Abşeron rayon İcra Hakimiyyətinin Başçısının müavini Gülnar Rəhimova,Suraxanı rayonunun deputatı Etibar Əliyevin köməkçisi Pərvin Mahmudov. Suraxanı Rayon İcra Hakimiyyətinin vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Elmar Hüseynov YAP Abşeron rayon sədri Abbas Əliyev, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru Qafarova Samirə iştirak etdilər. Sənədli filimdə şəhid Muxtar Qasımlının döyüş yolu, məktəb illəri, idmanda qazandığı bütün uğurları, iş həyatı, 44 günlük vətən müharibəsində göstərdiyi qəhrəmanlıq filmin əsas süjet xəttində təşkil edir. Çıxış üçün söz Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimovaya, Yap sədri Abbas Əliyevə, Pərvin Mahmudova və şəhidimizin atası və filmin baş prodüseri Əli Qasımlıya və filmin bədii rəhbəri Almaz Qasımlıya verildi. Onlar çıxış edərək öz oğulları ilə hər zaman fəxr etdiklərini bildirdilər. Muxtarın uşaqlıq illərindən, ömür yolundan, idman uğurlarından, hərbidə olduğu illərdən söz açdı və filmin Füzulidə çox çətinliklə, səngərlərin içində, mina riskinin olacağını göz önünə alaraq da olsa ərsəyə gəldiyindən bəhs etdilər.
Bildirmək istərdim ki, Muxtar Qasımlı Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Muxtar Qasımlı oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.
Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!
Əfsanə Əliyeva
#AbşeronİcraHakimiyyəti#Qələbə #Zəfər #AliBaşKomandan #MüzəffərOrdu #SilahlıQüvvələr #QarabağAzərbaycandır #ŞəhidlərÖlməzVətənBölünməz
VETENİM-AZERBAYCANDIR.AZ