Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

BAKIDA QIRĞIZ MƏDƏNİYYƏTİ GÜNLƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASIMI KEÇİRİLİB.

BAKIDA QIRĞIZ MƏDƏNİYYƏTİ GÜNLƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASIMI KEÇİRİLİB.
26-04-2024, 00:12 88 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ 



Aprelin 24-də Bakıda Heydər Əliyev Mərkəzində baş tutan Qırğız Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimindən əvvəl qonaqlar və iştirakçılar foyedə təşkil edilmiş Qırğızıstanın dekorativ, tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələri ilə tanış oldular.
Qeyd edim ki, hər iki ölkə müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, Azərbaycanda Qırğız Mədəniyyəti Günləri keçirilir. Açılışdan qabaq dövlət başçılarının Bakıda rəsmi görüşü keçirildi, müxtəlif sahələr üzrə sənədlər imzalandı. Daha sonra prezidentlərin iştirakı ilə Binəqədidə Çingiz Aytmatovun abidəsinin açılışı oldu. Yaxın vaxtlarda biz də Qırğızıstanda keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərinə hazırlıq görürük.
Açılış mərasimində rəsmi şəxslər, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edirdilər. Bu hissədə Qırğızıstan və Azərbaycan mədəniyyət nazirləri qısa çıxışlar etdilər. Bundan sonra izləyicilərə Qırğızıstanın incəsənət ustalarının ifasında rəngarəng və maraqlı konsert proqramı təqdim olundu. 


Bu gün aprelin 25-də Mədəniyyət Günləri proqram üzrə davam edəcək, axşam Musiqili Teatrda keçiriləcək tədbirdə günə yekun vurulacaq. Ümumiyyətlə isə, Qırğız Mədəniyyəti Günlər sabah aprelin 26-da başa çatacaq.

ETİBAR ƏLIYEV 
25 aprel 2024 il.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI