Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan naminə calışan diaspora rəhbəri 

Azərbaycan naminə calışan diaspora rəhbəri 
15-03-2022, 12:37 1 039 dəfə baxılıb

Mən 30 ildir ki. Dünya Azərbaycanlıların milli birlik və həmrəyliklərinin təşkilniə calışan bir təşkilatın rəhbəriyəm.1995-2002-ci illərdə professor Vaqif Arzumanlının direktoru olduğu, Azərbaycan  Milli Elmlər Akademiyasının Beynəlxalq Münasibətlər elmi institutunun “Azərbaycan Diasporu” şöbəsində elmi işci kimi calışarkən,uzun illər öncə xarici ölkələrdə məskunlaşmış soydaşlarımızın təşəkkül tarixi,hansı ölkələrdə yaşamaları və sayları məni  elmi işci kimi cox maraqlandırdı.Uzun illərdən sonra mən, dünyada məskunlaşmış Azərbaycanlıların saylarını təqribən də olsa, müəyyənləşdirməyə nail oldum.Belə ki, məlum oldu ki, Azərbaycanlılar bu gün dünyanın 80-yaxın ölkələrində  yaşayır və sayımız 64 milyona yaxındır.Bu gün Azərbaycanlıların dünyaya səpələnmə sayına nəzər salsaq, bir cox şərq ölkələrini cıxmaq şərti  ilə, 3 milyona yaxın Azərbaycanlılar, Rusiya Federasiyasında yaşayır, bu ölkənin  ictimai –siyasi həyatında yaxından iştirak edərək, milli muxtariyyət təşkilatlarında fəaliyyət göstərirlər.Ümummilli liderimiz olan Heydər Əliyev, 2001-ci 10 noyabr tarixində keçirilən, Dünya Azərbaycanlılaırin 1 ci qurultayında cıxışı zamanı demişdir ki, “Hər bir insanın milli mənsubiyyəti onun qurur mənbəyidir.Mən həmişə fəxr etmişəm.bu gündə də fəxr edirəm ki, mən Azərbaycanlıyam”.nDogrudan urəyi vətən eşqi ilə döyünən hər bir Azərbaycanlı bununla fəxr etməlidir. 2020 ildə, 44 günlük ədalətli müharibəmizdə müzəffər Azərbaycan ordusunun və ali baş komandanımız  olan, Azərbaycan Republikasının preizdenti İlham Əliyevin komandanlığı ilə,Azərbaycan öz tarixi torpaqlarının cox hissəsini erməni qəsbkarlarından azad etdi. Dünyada yaşayan  Azərbaycanlılar da bununla qürur duyur və hər zaman Azərbaycan dövlətinin yanında olmaq ücün hazır olduqlarını bildirilər.Bu gün,Azərbaycanı Rusiya Federasiyasında layiqinçə təmsil edən Azərbaycan təşkilatlarından biri də,Sankt-Peterburqdakı, Leninqrad Vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti Regional ictimai birliyidir.Mən bu təşkilat və onun cəsarətli  rəhbəri olan hörmətli Naib Paşayevlə, cox qısa müddətdə tanış oldum.Tanış olmağımıza səbəb isə, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Xocalı faciəsinin 30-cu il dönümü ilə, bağlı tədbirin  keçirilməsi ilə, bağlı məsləhətləşmələr idi. Söhbətimiz zamanı Naib müəllim  bildirdi ki,Xocalı- Genosidi , bütün Azərbaycanlıların  milli məsələsidir və bu tədbirin keçirilməsi ücün əlindən gələni etmək, hər bir soydaşımızın milli-mənəvi borcu olmalıdır.Naib Paşayevin  Azərbaycanı canı qədər sevən bir ziyalı olduğu, məni cox sevindirdi. Naib müəllimdə olan Vətən və Yürd sevərlik hisslərinin haradan qaynaqlandığı sualı məni cox düşündürdü. Axı bir cox soydaşlarımız xarici ölkələrdə yaşayarkən daha cox assimlasiya olunur,tarixi vətənləri olan Azərbaycan  haqqında cox az düşünürlər.Məlum oldu ki, Naib Paşayev cox keşmə-keşli və xatirələrlə dolu olan bir həyat  yolu keçmişdir.O, 1972 ci ildə Qərbi Azərbaycanımızın Göycə mahalının Basar Kecər rayonunda  doğulmuşdur.Onunda taleyinə doğulduğu doğma  yurd-yuvalardan didərgin düşmək nəsib olub.1988 ci ildə  300 minə yaxın qərbi Azərbaycanda yaşayan soydaşlarımız ermənilərin mənfur siyasəti  nətiçəsində öz doğma yurdlarından qacqın oldular və soydaşlarımız,Azərbaycanın müxtəlif bölgələrinə sapələndilər.Nailb Paşayevin taleyinə də,ailələri ilə birgə, Xanlar rayonuna, indiki Goygol rayonuna pənah gətirilməsi yazıldı. Naib müəllim,1990 cı illərdən başlayaraq,hər bir Azərbaycanlı kimi Azərbaycanın xalq  hərakatlarına qoşularaq,könüllü oruduya yazılmış,Qarabag ugrunda gedən ilk döyüşlərdə  mətinlikə iştirak etmişdir.1995 ci idən isə,o artıq Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində məsgunlaşmış,1998 ci ildə isə, Sankt-Peterburq şəhərinin  Şimal-Qərb  universitetinin  hüquq fakultəsininə qəbul olunmuş, 2002ci ildə bu universiteti bitirmişdir.Bu illər ərzində Naib müəllim Sankt-Peterburq şəhərində fəaliyyətdə olan Azərbaycan cəmiyyətləri ilə sıx əlaqədə olmuş, soydaşlarımızın təşkilatlanması işlərində fəal iştirak etmişdir. 2016 ci ildə isə,Naib Paşayavin təşəbüüsü ilə,Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində,Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti Regional ictimai təşkilatı təsis olunaraq,Rusiyanın ədliyyə nazirliyi tərəfindən  dövlət qeydiyatına alınmışdır.Artıq 6 ildir ki, bu təşkilat fəaliyyət göstərdiyi ölkənin, ictimai-siyasi həyatında yaxından iştirak edir, pantemiya zamanında isə,Sankt-Peterburqda yaşayan az təminatlı soydaşlarımıza ərzaq yardımları kompaniyaları da təşkillər etmiş, 2-ci dünya müharibəsi zamanı  igidlik göstərmiş, Azərbaycanlı təyyarəcimiz, Hüseynbala Əliyevın memaral abidəsinin  ucaldılmasında yaxından iştirak etmişdir.Azərbaycan Prezidenti İlham Əliyev  Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini faciənin 30-cu ildönümü ilə bağlı,sərəncama əsasən, həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə də Xocalı –Genosidi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.Biz də “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyi olaraq,Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Xocali-Genosidinin ermənilər tərəfindən törədilməsinin 30-cu il dönümü ilə bağlı tədbir təşkil etmək niyyəti ilə,Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində,Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti Regional ictimai təşkilatının rəhbəri olan Naib Paşayeva müraciət etdik. Naib müəllim isə, bizə bildirdi ki, belə milli tale-yüklu facilərimizin təşkil olunaraq, keçirilməsi, hər bir Azərbaycanlının, hər bir soydaşımızın şərəf və ləyaqət məsələsi olmalıdır və bu tədbirin layiqinçə  keçirilməsi ücün əlindən gələni edəcəkdir.Tədbirin keçirilməsinə 1 həftə qalmış,Naib Paşayevin müavini olan Könül xanım Abbasova, Xocali Faciəsi ilə,  bağlı bir necə konfrans məkanlarına müraciət etsələr də, nədənsə, tədbirin adını eşitdikdə, imtina olunmuşdur.Bütün bunlara baxmayaraq isə, nəyin bahasına olursa-olsun qarşıya qoyulan milli tale-yüklü məsələnin həll olunmasına calışan,Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti Regional ictimai təşkilatının rəhbəri Naib Paşayaev və müavini Könül xanım Abbasova istədiklərinə nail oldular və 26 fevral 2022 il tarixində Sankt-Peterburq şəhərinin Cernışevski kücəsi 11 ünvanında yerləşən, Sankt-Peterburq şəhərinin ən böyük otellərindən biri olan,Rusiya otelinin Ekatiriniski konfrans zalında “Xocalı Genosidinin 30-cu ildönümü ilə bağlı tədbir təşkil olundu.Amma  təssüf ki, məlum səbəblərdən  hava təyyarə yollarının birdən-birə bağlanması nətiçəsində, Naib müəllim Krım vilayətində oldugu ücün, özünün təşkilatçısı olduğu tədbirdə iştirak edə  bilmədi. Buna baxmayaraq,o bir cox təşkilatı məsələləri artıq, öncədən, müavini Konül Abbasova ilə, müəyən etmişdi.Muasir rabitə vasitələri ilə, 2 saatlıq tədbirin gedişatını izləyən Naib müəllim, tədbir zamanı, Konül xanıma müəyyən tapşırıqlar da verir, tədbiri necə keçməsii ilə maraqlanırdı.Bu da, Naib müəllimin gördüyü işlərə necə məsuliyyətlə yanaşdığının göstərçisidir.Naib Paşayaevin qiyabi iştirakı ilə,kecən tədbir zamanı, ilk öncə Azərbaycanın dövlət himni səsləndirildi və  Xocalı şəhidləri bir dəqiqəlik sükutla yad olundu. Sonra Xocalı faciəsini əks etdirən qısa metrajlı tarixi video film göstərildi.Tədbiri giriş sözü ilə,acan Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti Regional ictimai təşkilatının sədr müavini Könül Abbasova,Xocali faciəsi barədə ətraflı məlumat verərək, təşkilatın sədri olan Naib Paşayevin salamını tədbir iştirakçılarına yetirdi. Daha sonra cıxış edən,“Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin  prezidenti, politoloq Tofiq Əli-zadəyə ilk öncə bu tədbrin təşkilinı görə,Leninqrad Vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti Regional ictimai təşkilatının sədri Naib Paşayeva minnətdarlığını bildirərək,Xocalı Genosidi barədə geniş və tarixi faktlara əsaslanan faktlarla cıxış etdi.Biz öncədən düşünmüşdük ki,  tədbirin sonunda, təşkilat rəhbəri kimi, Naib Paşayevin ictimai fəaliyyətini nəzərə alaraq onu,“Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin Fəxri Fərmanı ilə təltif edək, təssüf ki,Naib müəllim tədbirdə iştirak edə bilmədiyi ücün, Fəxri Fərmanı ona rəsmi olaraq, təqdim edə bilmədik. Amma, düşünürük ki, cox yaxın zamanlarda  biz, Naib müəllimlə  yenidən görüşəcək və Fəxri Fərmanı sahibinə təqdim edəçəyik.Sonda, arzu edərdik ki,bir cox ölkələrdə fəaliyyətdə olan Azərbaycan cəmiyyət, mədəniyyət mərkəzləri və təşkilatlar, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti Regional ictimai təşkilatı kimi, fəal olsun.Hər zaman Azərbaycan dövlətçiliyinin qüdrətlənməsi naminə əlindən gələi etməyə hazır olan bu təşkilatın, əvəssiz rəhbəri Naib Paşayeva isə. gələcək işlərində  uğurlar arzulayırıq.

 

Tofiq Əlizadə 
"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI