Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə gələcəyə böyük ümidlə baxmağa əsas verir.

Bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə  gələcəyə böyük ümidlə baxmağa əsas verir.
19-07-2022, 15:36 428 dəfə baxılıb

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə bir sıra mühüm məqamlarla yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müşavirədə çıxışı ölkənin iqtisadi inkişafına qiymət vermək, beynəlxalq aləmdə əldə olunan nailiyyətləri dəyərləndirmək, eləcə də ölkə vətəndaşlarının rifahına göstərilən qayğı və diqqəti nəzərdən keçirmək baxımından çox dəyərlidir. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qeyd olunan məqamlar bir daha təsdiqlədi ki, əvvəlki illərdə ölkə həyatının bütün sahələrini əhatə edən dinamik inkişaf bu ilin 6 ayı ərzində də davam edib və göstəricilər xeyli yüksəkdir.
Hər şeydən öncə, xarici siyasətdə əldə edilən uğurlara toxunan cənab Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, ölkəmizin beynəlxalq mövqeləri xeyli möhkəmlənib. Azərbaycan ötən 6 ay ərzində həm ikitərəfli, həm də çoxtərəfli platformalarda fəal iştirak edib, Türk dövlətləri ilə əlaqələrini yeni müstəviyə qaldırıb. Həmçinin təmsil olunduğu təşkilatlarda fəallığını artırıb və bir sıra mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Platformasının formalaşdırılması bunun real nümunəsidir. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin azad olunmuş torpaqlarımıza səfərini də diplomatik qələbəmiz kimi səciyyələndirə bilərik. Bu səfər erməni vandallığının real nümunələrinin bütün İslam dünyasına çatdırılması baxımından çox önəmli idi.
Cənab Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi əsas məqamlardan biri də bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanın xarici borcunun minimum səviyyədə olmasıdır. Prezident İlham Əliyev bir daha qeyd etdi ki, pandemiyadan və müharibədən yenicə çıxmış bir dövlət olaraq Azərbaycan bütün bərpa işlərini öz hesabına həyata keçirir. Bu isə onun qurub-yaratmaq əzmini və iqtisadi gücünü göstərir. Bərpa işlərinin miqyası isə olduqca böyükdür. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət, ölkəmizdə həyata keçirilən geniş miqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində böyük uğurlar qazanılmışdır və bundan sora da Azərbaycan öz gücü hesabına qarşıya qoyulmuş bütün məqsədlərinə çatacaq.

YAP Quba rayon təşkilatının sədri.
Fidan Hüseynova
"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI