Nəqədər ki, Azərbaycan var Ulu Öndərimiz var olacaq, O da yaşayacaqdır.
6-05-2024, 23:38
179 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
Nəqədər ki, Azərbaycan var Ulu Öndərimiz var olacaq, O da yaşayacaqdır.
Erməni qəsbkarları torpaqlarımızın işğalını davam etdirdiyi bir vaxtda yaradılmış silahlı birləşmələr dövlətə deyil, ayrı-ayrı adamlara tabe idi.
Yeni qurulmağa başlayan orduda baş alıb gedən bu özbaşınalıq, nizam-intizamsızlıq, torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi. Belə bir vaxtda xalq bütün ümidini Heydər Əliyevə dikmişdi. Azərbaycanın məhv olmaq və parçalanmaq ərəfəsində xalqımız dahi şəxsiyyət, dövlətçilik təcrübəsi olan siyasi xadim Heydər Əliyevi təkidlə Bakıya dəvət etdi. Həmin günlərdə ölkədə qarışıqlıq hökm sürürdü. Böyük tarixi şəxsiyyət Heydər Əliyev bu ağır gündə hadisələrə kənardan baxa bilmədi.
Ümummilli Liderimiz xalqın dəvətini qəbul edərək 9 iyun 1993-cü ildə paytaxtımız olan Bakı şəhərinə gələrək dövlətçiliyimizin xilasına atıldı. Ulu Öndərin hakimiyyətə qayıdışı və dövlətçiliyimizi inkişaf etdirməsi ölkəmizin hər bir vətəndaşını sevindirirdi. Bütövlükdə isə Azərbaycan xalqı bu tarixi qayıdışı böyük ümidlə, inamla qarşılamışdı. Bununla da Azərbaycan xalqının dövlətçiliyinin bərpası yolunda çox böyük önəmli və uğurlu dönüş yarandı. Ümummilli Liderimiz xalqımız üçün çətin olan bir vaxtda hakimiyyətə gəldi və ölkəni real təhlükələrdən xilas etdi. Həmin gərgin günlərdə baş vermiş hadisələri çox düzgün qiymətləndirən və böyük siyasi iradə nümayiş etdirən ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində tədricən ölkədə sabitlik, əmin-amanlıq yarandı, özbaşınalıq aradan qaldırıldı.
Azərbaycan dövlətçiliyi ona qarşı yönəldilmiş qəsdlərdən uğurla, üzüağ çıxdı. Ümummilli Liderin qətiyyəti, möhkəm siyasi iradəsi xalqa ruh yüksəkliyi gətirdi. Xalqın itirilmiş inamı özünə qayıtdı. Ölkədə və cəmiyyətdə sabitlik hökm sürməyə başladı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz qarışıqlıqdan xilas oldu, uğurlar qazandı. Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, daimi və dönməz oldu. Xalqımız Ulu Öndərimizin bu xidmətlərini heç vaxt unutmur və unutmayacaqdır.
Ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə gələrkən "Bundan sonrakı ömrümü də xalqıma bağışlayıram və onların xoşbəxt gələcəyi uğrunda həyatımı fəda etməyə hazıram" - dediyi sözlərə sadiq qalaraq, ölkəmizin başının üstünü almış qara buludları dağıtdı. Hakimiyyətə qayıdandan sonra iradə, güc nümayiş etdirən Ümummilli Liderimiz ölkəni düşdüyü fəlakətdən qurtarmağa nail oldu...
Ulu Öndər müstəqilliyimizin əbədiliyin qorunmasında gənc nəslin hərtərəfli yetişməsini, dövlət işlərinə cəlb edilməsini daim diqqət mərkəzində saxlayıb. Gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında, ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri olub. Onun zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib hesab edərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Bu gün dünya birliyində özünə layiqli yer tutan, inkişaf etmiş demokratik ölkələrlə bir sırada adı çəkilən müstəqil Azərbaycan Ulu Öndərin xalqımıza əmanətidir. Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev, o cümlədən ölkəmizin mədəniyyətinin, incəsənətinin, mədəni irsinin dünyada tanıdılmasında misilsiz xidmətləri olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın adının daha yüksəkliklərdən eşidilməsi üçün bütün qüvvələrindən istifadə edirlər. Bütün bunlara məhz dövlət idarəçiliyinin ali zirvədə olması hesabına nail olunub. Bunun isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
Ulu Öndər sosial-iqtisadi siyasətdə köklü dəyişikliklərlə yanaşı, nizami ordu yaradılması istiqamətində də davamlı addımlar atırdı. Məhz həmin dövrdə qurulan ordu torpaqlarımızın işğaldan azad olunacağına inamı gücləndirirdi.
Xatırlatmaq yerinə düşər ki, Ulu Öndər hələ sovet dövründə peşəkar milli hərbçi kadrların yetişdirilməsini də diqqət mərkəzində saxlayırdı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb yaradıldı. Həmçinin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində azərbaycanlı gənclərə daha çox yer ayrıldı. Bir çox gənclər SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərildi. Həmin dövrdə yetişən Azərbaycan hərbçiləri milli ordunun təşəkkül tapmasında mühüm rol oynadılar.
Ulu Öndərin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”.
Ümummilli Lider tərəfindən əsası qoyulan möhkəm təməl üzərində Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yarada bildi. Məhz bunun sayəsində torpaqlarımızın işğaldan azad edildiyi gün yetişdi, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi. Üçrəngli bayrağımız yenidən doğma Qarabağda, iftixar mənbəyimiz olan Şuşada dalğalanmağa başladı, ərazi bütövlüyümüz təmin edildi.
Vətən müharibəsində qazanılmış böyük Zəfərin qürur və sevincini yaşadığımız bu günlərdə Ümummilli Liderin vaxtilə məcburi köçkünlər qarşısında böyük inamla dediyi sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.
Bu gün Ulu Öndərin arzuları reallaşıb. Xalqımızın 30 illik yurd həsrətinə son qoyulub. Biz artıq doğma Qarabağımıza qovuşmuşuq. Bu böyük Zəfərə aparan yolun əsasında Azərbaycanın böyük oğlu dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğunun bütün sahələrində olduğu kimi gənclər siyasətində də əsaslı və köklü dəyişikliklər yaşandı. Azərbaycan Gəncləri Günü, Azərbaycanda gənc istedadlara dövlət qayğısı, Dövlət gənclər siyasəti sahəsində çoxsaylı fərman və qanunlar verilməklə gənclərin dövlət idarəetməsində iştirakı təmin edildi, həm də gənclərə dövlətin diqqətini hiss etdirdi. Məhz Ümummilli Liderin fəaliyyəti nəticəsində Azərbaycan gəncliyi öz layiq olduğu mərtəbəyə yüksələ bilmişdir.
2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanun milli dövlətimizin və unudulmaz prezidentimiz Heydər Əliyevin gənclərə verdiyi yüksək dəyəri əks etdirməkdədir. Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. Ümummilli Liderin Azərbaycan gəncliyinə ən böyük töhfələrindən biri milli gəncliyimizə rəhbərlik edə biləcək, gənc və təcrübəli bir kadr İlham Əliyev cənablarını yetişdirməsi oldu. Yeni minillikdə gənc liderlə inamla və ilhamla addımlayan Azərbaycan gəncliyi elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, siyasət. ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi nailiyyətlər əldə etmişdir.
Ölkəmizdə uğurlu gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
Azərbaycanda aktiv və vətənpərvər gənclər ordusu formalaşıb
Gənclərin vətənpərvər ruhda tərbiyəsi, onların intellektual potensialından ölkənin sürətli inkişafı prosesində mühüm element kimi istifadə olunması həm də yeni nəslə göstərilən etimaddan xəbər verir.
Prezident İlham Əliyevin Sədrlik etdiyi, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyətində də gənclər siyasəti xüsusi əhəmiyyətə malikdir. Partiyanın Gənclər Birliyi istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında Vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur.
Azərbaycan gəncləri Ümummilli liderin əsasını qoyduğu inkişaf strategiyasını və onu uğurla həyata keçirən Prezident İlham Əliyevin siyasətini dəstəkləyir.
Hər il Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan minlərlə vətəndaşın böyük hissəsi gənclərdən ibarətdir.
Bu gün gənclər fəxr edir ki, məhz ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdırlar və bundan sonra da Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, qüdrətinin artması yolunda əllərindən gələni edəcəklər.
Azərbaycanda reallaşdırılan gənclər siyasəti onları vətənpərvər ruhda formalaşdırıb yetişdirmişdir.
Bu gün Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim əsas tutur.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Nəqədər ki, Azərbaycan var Ulu Öndərimiz var olacaq, O da yaşayacaqdır.
Hörmətlə YAP üzvü, Birinci xanım Mehriban Əliyevanın könüllüsü, Nərgiz Fondunun əməkdaşı, Paşa holdinqin əməkdaşı Fərid Şərifov
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<