Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İlham Əliyevin ölkə liderlərinə ünvanladığı məktublar BMT-dəki daimi nümayəndələrə çatdırılıb - FOTO

İlham Əliyevin ölkə liderlərinə ünvanladığı məktublar BMT-dəki daimi nümayəndələrə çatdırılıb - FOTO
4-05-2024, 08:25 47 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ 

Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra ölkə liderlərinə ünvanladığı COP29-a dəvət məktubları dünya təşkilatındakı həmkarlarına çatdırıb.
Bu barədə Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyinin mətbuat xidməti bildirib.
“COP29-a hazırlığın tam davam etməsi fonunda Azərbaycan Respublikasının Prezidentinin Salvador, Liviya, Mikroneziya, Yeni Zelandiya, Nikaraqua, Palau, Seneqal, Seyşel adaları, Suriya, Tuvalu, Vanuatu və Venesuelanın dövlət və hökumət başçılarına ünvanladığı dəvət məktubları Azərbaycanın daimi nümayəndəsi tərəfindən Nyu-Yorkda BMT Baş Qərargahında akkreditə olunmuş hörmətli həmkarlarına çatdırılıb”, - Azərbaycanın dünya təşkilatındakı diplomatik missiyası diqqətə çatdırıb.






ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI