Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Mayın 5-i Həkim-Mama Günüdür

Mayın 5-i Həkim-Mama Günüdür
5-05-2024, 12:44 103 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Bu gün, mayın 5-i Həkim-Mama Günüdür. 1987-ci ildə Niderlandda keçirilən konfransda Həkim-Mama Beynəlxalq Assosiasiyası Beynəlxalq Həkim-Mama Gününün qeyd olunması ideyası ilə çıxış edib.

VETENİM-AZERBAYCANDIR.AZ xatırladır ki, Beynəlxalq Həkim-Mama Günü yalnız 1992-ci ildə rəsmi status qazanıb. Hazırda dünyanın 50-dən çox ölkəsində həmin gün qeyd edilir və əsas məqsədi həkim-mamaların işinin əhəmiyyəti haqqında əhalini məlumatlandırmaqdır. Bu peşənin əhəmiyyəti çox böyükdür. Axı ananın və uşağın sağlamlığı həm də məhz onun təcrübə, bilik və bacarığından asılıdır.

Hamiləlik və doğuşla bağlı qadın orqanizmini öyrənən bu elmin təməli hələ qədim Hindistanda qoyulub, sonralar qədim Yunanıstanda davam etdirilib və günümüzə qədər gəlib çıxıb.
Ölkəmizdə həkim-mamalıq sahəsi getdikcə təkmilləşdirilir, uğurlar ildən-ilə artır. Həmin peşə üzrə mütəxəssislərin hazırlanmasında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu xüsusi əhəmiyyət kəsb edir. Bu tibb müəssisəsinin elmi istiqaməti ana və uşaqların sağlamlığının monitorinqi və çox yayılmış xəstəliklərin müalicə və profilaktikası üsullarının təkmilləşdirilməsidir. İnstitut kliniki və elmi fəaliyyətlə yanaşı, respublikanın bütün doğuşa yardım müəssisələri üçün də metodik mərkəz rolunu oynayır.
Uşaqlar bizim gələcəyimizdir. Hər evə, ailəyə sevinc bəxş edən körpənin dünyaya gəlməsində həkim-mamaların rolunu xüsusi qeyd etmək lazımdır. Körpənin dünyaya gəlməsi ilə yanaşı, ana və uşağın doğuşdan sonrakı sağlamlığı da onların təcrübə və peşəkarlığından asılıdır. Məhz onlar dünyaya yeni göz açan körpə ilə ilk təmasda olur, qadın doğum evinə daxil olandan körpəni dünyaya gətirib xəstəxanadan çıxanadək hamilələrə və analara lazımi tibbi yardım və mənəvi dəstək göstərirlər. Dünyaya uşaq gətirən hər bir qadın üçün həkim-mamalar tibb işçisi olmaqla yanaşı, həm də psixoloq və dost rolu oynayır.
Onu da qeyd edək ki, ötən il Azərbaycanda 112 min 620 körpə doğulub. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz təşkil edib. Körpələrin 3 min 410-u əkiz, 147-si üçəm, 4-ü isə dördəm doğulanlardır. Bu ilin ilk iki ayı ərzində isə Azərbaycanda 17 mindən çox körpə doğulub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI