Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Yayda bu qidalardan uzaq durun - DİQQƏT! - MÜTƏXƏSSİS AÇIQLADI

Yayda bu qidalardan uzaq durun - DİQQƏT! - MÜTƏXƏSSİS AÇIQLADI
13-07-2022, 21:22 340 dəfə baxılıb

"Yay fəslində temperatur yüksək olduğuna görə, nəmişlik nisbəti daha yüksək olduğuna görə orqanizmdə istilik yüksəlir. Eyni zamanda, metobilizma yavaşladığına görə, mütləq şəkildə biz qidalarımıza diqqət etməliyik. Qida seçərkən ilk növbədə daha tez həzm olunan, mənşəyi bilinən yüngül qidalara üstünlük verməliyik. Xüsusilə, yüksək təzyiq xəstələri, ürək, qan-damar problemləri plan insanlar, xroniki xəstəliyi olan, şəkər və diabet xəstələri yüksək temperaturlu havada daha həssas olurlar. Onların hər hansı bir qidaya həssaslığı daha ağır nəticələnə bilər. Bu səbəbdən mütləq şəkildə bu insanlar daha diqqətli olmalıdırlar". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.


Onun sözlərinə görə, bu havalarda daha çox tərlədiyimizə görə, maye və mineral itkimizin olmaması üçün mütləq şəkildə gün ərzində iki və ya iki litr yarım su içmək lazımdır: "Təbii ki, bir çox hallarda insanlar çaya və kofeyə üstünlük verirlər. Bu, yay fəsli müddətində yolverilməzdir. Çünki qazlı və rəngli içkilər zərərlidir, eyni zamanda çay və kofenin içərisində yüksək kofein olduğu üçün bu da orqanizmdə maye itkisinə səbəb olur. Bu içkilərin əvəzinə sadə sulardan, bitki çaylarından, nanə və limonlu çaydan istifadə etmək olar. Yeməklərdə daha çox hər qrupdan olan karbohidratlar, zülallar, yağların faydalı olanına üstünlük verməliyik. Çünki yaz və yay aylarında həddindən artıq yağlı qidaları qəbul etdikdə orqanizmdə, xüsusilə də qaraciyərdə piylənmə yaranır. Yeməkləri bişirərkən çox qızartmamağa, qovurmamağa diqqət etməliyik. Bunun əvəzinə daha çox qaynadılmış, manqalda bişimiş və ya az bişmiş qidaları qəbul etmək lazımdır. Eyni zamanda, daha çox orqanizmin immun sistemini gücləndirmək üçün meyvə və tərəvəzlərdən istifadə etməliyik. Gün ərzində ən az 5 ədəd istehlak edilməlidir. Yay mövsümündə xüsusilə xəmir yeməklərində diqqətli olmalıyıq. Çünki xəmir yeməkləri orqanizmdə həddindən çox gec həzm olunur və enerjiyə çevrilmədiyi üçün ağırlıq yaradır. Bir çox hallarda yorğunluğa, yuxusuzluğa, aqressivliyə səbəb olur. Bu kimi yeməklərin qəbul olunması yay mövsümündə yolverilməzdir. Ümumiyyətlə, yay aylarında açıq şəkildə satılan qidalardan uzaq durmaq lazımdır. Xüsusilə ət, yumurta, süd və balıq kimi məhsulları açıq şəkildə almaq təhlükəlidir".

Arzu Qurbanlı
"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI