Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Pomidor alarkən DİQQƏT EDİN - EKSPERTLƏR AÇIQLADI

Pomidor alarkən DİQQƏT EDİN - EKSPERTLƏR AÇIQLADI
17-08-2021, 02:30 363 dəfə baxılıb

“"Qonur qırışıq" virusunun Azərbaycanda olması barədə Rusiya, Qazaxıstan tərəfindən iddialar qaldırılıb”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Briliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, xarici laboratoriyalara məhsullar göndərilib, yoxlanılıb: “Azərbaycanda demək olar ki, "qonur qırışıq" virusu olmayıb. Bu virusun insanlara heç bir zərəri yoxdur. Sadəcə olaraq bu virus həmin sahənin bitkiçiliyinə zərər verə bilər. Bu yarpaqların, meyvələrin, bitkilərin bir yerdən digər yerı daşınması yolu ilə bu virus yayılır. Hal-hazırda tədqiqat aparılır. Azərbaycanda bu virusla bağlı problem demək olar ki, yoxdur. AQTA lazımi işlər aparır. Burada əsas məsələ fermerlərin üzərinə düşür. Çox təəssüflər olsun ki, fermerlər öz təsərrüfatlarını qorumaq üçün işlər aparmırlar”.
Mövzu ilə bağlı sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova fikir bildirib: “Pomidordan "qonur qırışıq" virusu həmişə olub və son illərdə də daha çox yayılmağa başlayıb. Bu virusun yayılmasının səbəbi əsasən əkin sahələrində sanitar-gigiyena qaydalarına düzgün əməl olunmaması səbəbindən daha çox yayılır. Adətən bu işçilərin geyimlərindən, əllərin vaxtlı-vaxtında yuyulmasından da qaynaqlana bilər. Bəzən elə olur ki, tərəvəzdə virus vaxtında aşkar olunmur və daha çox əraziyə sirayət edir. Həmin məhsullar adətən ixraca yarasız olur və yerli bazarlara çıxarılır”.
Məhsəti Hüseynova sözlərinə davam edərək həmçinin qeyd edib ki, pomidor bildiyimiz kimi tərkibi vitaminlərlə zəngindir: “Pomidor C vitamini ilə çox zəngindir. Tərkibində A, B1, B2 vitaminləri var. Eyni zamanda pomidor insan orqanizminin inkişafı üçün, əmək qabiliyyətinin yüksək olması üçün çox faydalıdır. Lakin "qonur qırışıq" virusuna yoluxmuş pomidorun qidalılıq dəyəri aşağı düşür. Həmin virusa yoluxmuş pomidorun istehlakı sağlamlığa ciddi zərər verməsə də, onun qidalılıq dəyəri aşağı düşür və bu zaman onun orqanizmə heç bir faydası olmur. Virusa yoluxmuş məhsulların istehlakından qaçınmaq lazımdır. Bu virusun qarşısını almaq üçün həmin pomidor yetişdirilən ərazilərə, istixanalara mümkün qədər az insan daxil olmalıdır. Daxil olan insan mütləq şəkildə geyimindən tutmuş əllərinə qədər sanitar-gigiyena qaydalarına mütləq əməl etməlidir. Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş baxıl və əlcəklərdən istifadə etməlidirlər. Bununla yanaşı, iş zamanı hər bitki ilə təmasdan sonra istifadə olunan alətlər də dezinfeksiya edilməlidir. Məhsul yığımından sonra da istixanalar təmizlənməlidir. Çünki bəzən olur ki, həmin istixana vaxtında təmizlənmədiyindən yenidən təmiz toxumlar həmin virusa yoluxur. Mütləq şəkildə ətraf şübhəli bitkilər varsa, o zaman onlar təcrid olunmalıdır”.
Arzu Qurbanzadə

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI