18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO
VETENİM-AZERBAYCANDIR.AZ
Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi sürətləndikcə erməni müxalifəti də etiraz aksiyalarını artırır. Müxalifətin önəmli simaları bu istiqamətdə avantürist, ağlasığmaz bəyanatlar səsləndirirlər. Hətta Göyçə və Zəngəzurun delimitasiya prosesi çərçivəsində Azərbaycana veriləcəyini deyənlər də var. Müxalifətin avantürist bəyanatlarının arxasında nə dayanır?
Bu barədə danışan jurnalist Həmid Həmidov deyib ki, erməni müxalifətinin hərəkətlərinə, dediklərinə əhəmiyyət vermək lazım deyil: “Artıq Ermənistan daxilində də onların nüfuzu qalmayıb. Sadəcə özlərini gündəmdə saxlamağa çalışırlar. Yaxşı bir atalar misalı var: it hürər, karvan keçər. Ermənistan müxalifəti də hazırda bu misaldakı it rolunu oynayır”.
Jurnalist, həmçinin xatırladıb ki, Azərbaycan işğalçı dövlət deyil: “Ermənistanın indiki ərazisi isə tarixi Azərbaycan torpaqlarıdır. Hər bir kəndində azərbaycanlılar yaşayıblar. Bu gün isə rəsmi Bakı beynəlxalq hüquqa hörmətlə yanaşır. Azərbaycanın kimsənin torpağında gözü yoxdur. Əgər müdaxilələr olmasa, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi problemsiz olacaq və tam şəkildə yekunlaşacaq”.