Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiya çarı bəyan edir ki, "Arsax" respublikası yoxdur, bura Azərbaycandır"

Rusiya çarı bəyan edir ki, "Arsax" respublikası yoxdur, bura Azərbaycandır"
7-07-2022, 06:26 334 dəfə baxılıb

“Rusiya çarı bəyan edir ki, “Arsax” respublikası yoxdur, bura Azərbaycandır”.


"Vətənim-Azərbaycandır.az". erməni mediasına istinadla xəbər verir ki, bunu iyulun 5-də Ermənistan hökumətinin binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı “Hadrut adına” Qeyri Hökumət Təşkilatının sədri Levon Ayryan deyib.

“Rusiya öz üzərinə böyük bir iş götürüb ki, Qarabağdan ermənilər köçsün. O, bunu erməni xalqının xilası adlandırıb, sonra da bütün məsələləri həll etdiyini, qaçqınların olmadığını bəyan edə bilər”, – deyə QHT sədri bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti qaçqınların olması barədə danışmaq istəmir, çünki onlar hər şeydə Rusiya hakimiyyətinə tabedirlər.

“Beynəlxalq görüşlər zamanı Ermənistan və Qarabağ liderləri deyirlər ki, qaçqın problemi var, amma bizə deyirlər ki, biz qaçqın deyilik”, – deyə Ayryan əlavə edib.

Ayryan qaçqınlara Qarabağda evlərin veriləcəyi ilə bağlı vədləri xatırladıb.

“Və bu zaman onların sevimli Rusiya çarı bəyan edir ki, “Arsax” respublikası yoxdur, bura Azərbaycandır. Kimin üçün ev tikirlər? İlham Əliyev deyir ki, bura Azərbaycandır, Putin deyir ki, bura Azərbaycandır, Nikol (Paşinyan-red.) və Arayik (Arutyunyan – red.) bunu inkar etmir. Üstəlik, Laçın təslim olub, Qarabağ Azərbaycan sayılır”, – deyə QHT rəhbəri sərsəmləyib. (konkret.az)

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI