Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan - Özbəkistan əlaqələri yeni müstəvidə

Azərbaycan - Özbəkistan əlaqələri yeni müstəvidə
30-06-2022, 06:51 395 dəfə baxılıb

Azərbaycan və Özbəkistan xalqları arasında arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

Və demək olar ki illər keçdikcə bu iki qardaş ölkə arasında diplomatik əlaqələr getdikcə güçlənmiş və güclənməkdədir. 
Və nəhayət bu əlaqələrin yeni müstəvisi artıq bütün dünya gündəmini zəbt edib. 
Prezident İlham Əliyevin cari ilin 21 iyun tarixində ÖzbəkistanRespublikasına dövlət səfəri bunların ən bariz nümunəsi olmağı bacardı. 
 İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, və xalqların təhlükəsizliyi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental müqavilə-hüquqi əsas yaradıb. Azərbaycan Respublikasının hazırki prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir. Özbəkistan və Azərbaycan xalqları əsrlərboyu bir-biri ilə sülh şəraitində yaşayıb, bir-birinə qardaş münasibəti bəsləyiblər. Bu gün müstəqil ölkələr olan Özbəkistan və Azərbaycan öz gələcəyini çox möhkəm, çoxəsrlik tarixi təməl üzərində qurub. Əminliklə demək olar ki, bizim münasibətlərimizin durmadan inkişafı gələcək zəfərlərin qarantı olacaq. Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir. Prezident İlham Əliyev Özbəkistanda geniş tərkibli görüş zamanı diqqətə çatdırmışdır ki, qarşılıqlı əlaqələr intensivləşməlidir. Hər bir istiqamət – iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr olacaq. Bu yolla ticari-iqtisadi sahədə ciddi tərəqqiyə nail ola bilərik. Özbəkistan ölkəmizin bütövlüyünün bərpası işində Azərbaycanı həmişə dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir. Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayırır.21 iyun tarixli səfər, aparılmış danışıqlar və imzalanmış sənədlər bunun əyani təsdiqidir. Ölkə Başçıları arasında müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.
Arzu edirik bu dostluq, qardaşlıq əlaqələrinin miqyası günü - gündən artsın, çoxalsın və bütün cahana səs salsın!
Yaşasın Azərbaycan-Özbəkistan qardaşlığı!

Nəhayət Şirinova
İctimaiyyətçi, yazar.
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
"Vətənim-Azərbaycandır.az" xəbərlər portalının redaktoru.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI