13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Tofiq Əlizadə, “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olundu
Azərbaycan Diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının rəhbərləri və fəallarından olan "Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əlizadə Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunmuşdur.
Bununla bağlı, Azərbaycan Respublikası Gəncliyə Yardım fondunun Z.Tağıyev zalında tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Tofiq Əlizadə, son 28 il ərzində xaricdəki Azərbaycanlıların milli həmrəyliyi, onların təşkilatlanması və formalaşması sahəsində gördüyü xidmətlərindən danışdı.
Deyildi ki, 1994-1995 ci illərdə Dünya Azərbaycanlıların təşkilatlanması və onlar milli həmrəyliyi sahəsində çalışan təşkilat son 28 ildə, Azərbaycan Diasporunun fəaliyyətinə mühüm töhfələr verən təşkilat kimi tanınmışdır.Daha sonra çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun böyük məsləhətçisi Xıdır Kazımov, bu illər ərzində Tofiq Əlizadə xarici ölkələrdə ki, Azərbaycan Diasporunun təşkilatlanması sahəsində gördüyü işlərdən danışaraq. Azərbaycan Respublikası Diaspora ilə İş üzrə Dövlət komitəsinin təltif etdiyi “Diaspor fəaliyyətində xidmətə görə” medalını ona təqdim etdi . Təbrik üçün çıxış edən, Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları ictimai birliyinin Yasamal rayon şöbəsinin sədri Salman Umud söylədi ki, son 28 ildə “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti kimi Tofiq Əlizadənin daima şəhid və Vətən müharibəsi qazilərinə olan qayğılarından danışdı və Vətən Müharibəsi Veteranlari birliyi təşkilatının 25 illiyi ilə bağlı təsis etdiyi medalla, onu təltif etdi. Daha sonra çıxış edən Finlandiya-Azərbaycan ictimai birliyinin sədri Yaqub Kərimov ,Tofiq Əli-zadənin “Diaspor fəaliyyətində xidmətə görə” medalının alması münasibəti ilə onu təbrik edərək, onun 28 il ərzində xaricdəki soydaşlarımın milli biliyi və həmrəyliyi sahəsində gördüyü işlərdən danışdı və Finlandiya-Azərbaycan cəmiyyətinin qızıl arzı medalını ona təqdim etdi. Daha sonra çıxış edən "Vətənim-Azərbaycandır.az" xəbər və informasiya portalının baş redaktoru Kamran Orucov və başqaları Tofiq Əlizadəni "Diaspor fəaliyyətində xidmətə görə" medalının alması münasibəti ilə ürəkdən təbrik edərək, ona bundan sonra da fəaliyyətlərində uğurlar arzuladılar.