17:39 - Antiterror tədbirlərində nə qədər erməni əsgəri ölüb?
11:04 - Bakı Qarabağda yaşayan erməni əhaliyə ərzaq göndərir
08:11 - İlham Əliyevin xalqa müraciəti dünya mətbuatında geniş işıqlandırılıb - FOTO
20:55 - Yevlaxda ermənilərə nə tapşırıldı - A nöqtəsindən Z-yə doğru...
19:52 - Aİ missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirdi
13:18 - Yevlax görüşündə diqqətçəkən 3 mühüm detal
13:18 - Yevlax görüşündə diqqətçəkən 3 mühüm detal
10:41 - Qarabağın erməni sakinlərinin nümayəndə heyəti Yevlaxda
10:38 - Qarabağda 5 min erməni təxliyə edildi
07:13 - Bu gecə İrəvan küçələri... - Video
07:07 - Ceyhun Bayramov serbiyalı həmkarını antiterror tədbirləri barədə məlumatlandırdı
21:12 - Prezident: Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır
21:03 - İlham Əliyev: Qarabağda mülki əhalinin qorunmalı olması ilə bağlı ciddi tapşırıq verilmişdi
21:01 - İlham Əliyev: Birinci dəfə deyil ki, Ermənistan bizə qarşı terror aktı törədir
18 Oktyabr 2021-ci il Dövlət Müstəqilliyimizin 30-cu il dönümündə Şəhid ƏLİYEV VALEH XANLAR oğlunun xatirə lövhəsinin açılışı oldu.
18 Oktyabr 20.21ci il dövlət müstəqilliyimizin 30cü ildönümündə Şəhid ƏLİYEV VALEH XANLAR oğlunun xatirə lövhəsinin açılışı oldu.
1994cü ildə birinci vətən müharibəsi zamanı Fizuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla Şəhid olmuş Əliyev Valehin Bakı şəhər H.Seyidzadə küçəsi 1ünvanındakı binada xatirə lövhəsinin rəsmi açılış tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə "Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəsdək ictimai birliyinin prezidenti Tofiq Əli-zadə bildirdi ki, Əliyev Valeh Xanlar oğlu 1994cü ildə Qarabağın Fizuli bölgəsində gedən qanlı döyüşlərdə qəhrəmanlıqla Şəhid olmuşdur. Hələ 1998ci ildə Şəhidin xatirəsini əbədiləşdimək üçün "Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəsdək" ictimai birliyi tərəfindən hazırlanmış lövhə Şəhidin yaşadığı binanın yan tərəfinə vurulmuşdur. Amma bu yaxın günlərdə Bakı şəhəri və Nəsimi rayon icra hakimiyyətləri tərəfindən binada aparılan abadlıq işləri ilə yanaşı Şəhidimizin xatirə lövhəsi yenidən hazırlanmışdır. Daha sonra Tofiq Əli-zadə və Azərbaycan Respublikası Vətən müharibəsi Veteranları içtimai birliyinin sədri Fizuli Rzaquliyev xatirə lövhəsinin açılışını etdilər. Tofiq Əli-zadə dedi ki, xatirə lövhəsinin açılış mərasimi həm də Müzəffər ordumuzun Qarabağ torpaqlarının erməni işğalından tamamilə azad edilməsinin ildönümünə və eyni zaman da Dövlət müstəqilliyimizin bərpasının 30cü il dönümünə təsadüf edir. Tofiq Əli-zadə dedi ki, "28ildən sonra baş verən 44günlük müharibə nəticəsində başda Ali Baş Komandanımız olan İlham Əliyev olmaqla Azərbaycanın müzəffər ordusu erməni işğalina elə bir dəmir yumruqlu zərbələr endirdilər ki, nəticədə erməni orduları tamamilə darmadağın olundu. Bu da bizim tam demək olar ki, 28 ildən sonra düşmən üzərində tam Qələbəmiz idi. Daha sonra Tofiq Əli-zadə sözü iki Şəhid Anası olan Dürnisə Əliyevaya verdi. Şəhid Anası əvvəlcə gələn qonaqları salamlayaraq bildirdi ki,
Şəhidlərimiz ölməzdir, daima yaşayacaqdılar.
Onlar xalqımızın bu günkü xoş və firavan günlərimiz üçün Şəhid olmuşlar. Daha sonra Vətən müharibəsi Veteranları birliyinin sədri Fizuli Rzaquliyev Şəhid Anası Dürnisə Əliyevanı ARVMV birliyinin təsis etdiyi medalla təltif etdi. Fizuli Rzaquliyev sözünü davam etdirərək Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəsdək ictimai birliyinin prezidenti Tofiq Əli-zadə haqqında danışaraq bildirdi ki, Tofiq müəllim fəaliyyət göstərdiyi son 25il ərzində daima Şəhid ailələrinin, vətən müharibəsi qazilərinin qayğılarının həll olunması yolunda fədakarlıqla çalışmışdır.
Ona görədə ARVMV birliyinin rəhbərliyinin qərarı ilə Birliyin fəxri medalı ilə təltif olunmuşdur. Daha sonra söz Xalq Artisti, tanınmış aktyorumuz Elxan Qasımova verilir. O da öz növbəsində Şəhid Anasına təssəlli verərək rejisoru olduğu "Biz qayıdacayıq"-filmindən danışdı. Dedi ki, hələ 2007ci ildə o filmi çəkərkən inanırdıq ki, biz mütləq QARABAĞA qayıdacayıq. Daha sonra çıxış edənlər AMEA-sının şöbə müdiri Elvin Talışınski "Dünya Ana və Uşaq" içtimai birliyinin sədri Dünya xanım Əliyevaya, şair Şahlar Şuşalı, Gülnarə Əmirquliyeva, "VƏTƏNİM AZƏRBAYCANDIR. AZ.ın Baş redaktoru Kamran Orucov, Tahir Sadiqov və ehtiyatda olan Zabit Qazilərimiz çıxışlar edərək Şəhid Anası olan Hacı xanım Dürnisə Əliyevaya belə igid oğullar tərbiyyə etdiyinə görə minnətdarlığını və tədbirin Təşkilatçısı olan Tofiq Əli-zadəyə öz səmimi təşəkkürünü bildirmişdir...