14:03 - Xəzər dənizinin mühafizəsi dövlət başçılarının diqqət mərkəzində.
13:26 - Bayram namazının vaxtı MƏLUM OLDU
13:20 - Nazirlikdən müəllimlərin işə qəbulu ilə bağlı XƏBƏRDARLIQ
12:27 - Bakıda yolu keçən piyadanı iki avtomobil vuraraq öldürüb
10:26 - Mətbuat cəmiyyətin aynasıdır ! - FOTO
08:30 - Ağ Evdən Türkiyənin F-16 tələbi ilə bağlı yeni açıqlama
08:26 - Türkiyə ordusu daha 11 terrorçunu məhv etdi
08:23 - Dünyada ilk unikal “qum batareyası” Finlandiyada quraşdırılıb
08:20 - Telefonu əlindən alındığı üçün küsüb intihar etdi
08:16 - Daha bir azərbaycanlı Ukraynadakı müharibədə həlak oldu
08:14 - Bu gün imtahandır
23:57 - Şabran rayon Zeyvə kəndində şəhid Vüsal Həsənovun doğum günü qeyd olunub.
23:38 - Britaniyanın maliyyə və səhiyyə nazirləri istefa veriblər
23:34 - Azərbaycanda uşağın anadan olmasına görə birdəfəlik müavinətlər üçün ayrılan vəsait artırılır.
23:32 - Qəbələ" "Qaziantep"ə məğlub OLDU
28 May – Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.
Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.