Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ümumilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Gigiyena və epidemiologiya mərkəzində tədbir keçirilmişdir.

Ümumilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Gigiyena və epidemiologiya mərkəzində tədbir keçirilmişdir.
12-05-2022, 11:15 329 dəfə baxılıb

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının GEM ərazi partiya təşkilatında Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi,Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.


Tədbirdə çıxış edən Gigiyena və epidemiologiya mərkəzinin - direktoru Asif Hüseynov ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və milli dövlətçiliyin formalaşdırılması sahəsində misilsiz xidmətlərindən ətraflı danışaraq, Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin öz xalqına, vətəninə sonsuz sədaqəti, düşünülmüş və gərgin fəaliyyəti Azərbaycanın ictimai-siyasi həyatında yeni bir tarix yaratmışdır.Əgər ulu öndərin ötən əsrin 70-80-ci illərində qurub-yaratdığı, inkişaf etdirdiyi Azərbaycan olmasaydı bu günümüzün mühüm naliyyətlərindən danışmaq çətin olardı.

O,Əminidi ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Çünki onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan

İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir. 30 ilə yaxın müddətdə düşmən nəzarətində olan Qarabağ əbədi azadlığa qovuşmuşdur. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyi bir daha təsdiqlənmişdir.

Atayeva Günay.
Vətənim-Azərbaycandır.az xəbər portalının Şabran rayon üzrə müxbiri.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI