10 may 2022-ci il tarixdə Şabran rayon Heydər Əliyev Mərkəzinin ,Gİİ-nin və rayon GİKM-in birgə təşkilatçiligi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə rayon gənclərinin iştirakı ilə “Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev,YAP Şabran rayon təşkilatının məsləhətçisi Simran Süleymanov, GİKM-in direktoru Ülvi Məmmədov, "Çıraqqala-Şabran" Dövlət Tarix Mədəniyyət Qoruğunun əməkdaşları, "Vətənim-Azərbaycandır.az" xəbər portalının Şabran rayon üzre müxbiri Atayeva Günay, Vətən Müharibəsi iştirakçısı qazi Şahin Camallı iştirak etmişlər.
Tədbirdən öncə gənclər Ümummilli liderin anadan olmasının 99 illiyinə həsr olunmuş sərgiyə baxış keçirmişlər.
Tədbirin çıxışçıları rayon Gİİ-nin rəisi Süleyman Əliməmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev, YAP Şabran rayon təşkilatının Məsləhətçisi Simran Süleymanov,qazi Şahin Camallı, GİKM-in direktoru Ülvi Məmmədov və aktiv fəal gənc Dərya Məmmədova çıxış edərək bildirmişlər ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. O, müstəqil dövlətimizin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının Ümummilli Lideridir. Ulu Öndərin tarixi xidmətləri, milli məzmunlu, bəşəri xarakterli fəaliyyəti bir dövrü deyil, bir-birindən kəskin fərqlənən iki mərhələni - həm SSRİ dönəmini, həm də müstəqillik illərini əhatə edir. Şübhəsiz ki, o, fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, gücləndirilməsinə, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən böyük tarixi nailiyyətlərə imza atıb.
Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail olundu, iqtisadiyyat dirçəldi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevrildi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış bir çox transmilli layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməli qoyuldu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı
Atayeva Günay."Vətənim-Azərbaycandır.az Xəbərlər informasiya portalının Şabran rayon üzre nümayəndəsi.