Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

CƏSARƏT RƏMZİ

CƏSARƏT RƏMZİ
6-05-2022, 17:15 332 dəfə baxılıb

Ən gözəl hiss məhəbbətdir.Lakin bu hissi yaşamaq hər insan övladına nəsib olmur.Həqiqi sevgi yaşayanlar çox vaxt qovuşmur,amma onların sevgisi zaman keçdikcə dildən -dilə dolaşaraq əfsanəyə çevrilib."leyli və Məcnun","Xosrov və Şirin","Əsli və Kərəm" timsalında qarşımıza çıxan bu nümunələr haqqında eşitmişik,sadəcə.Bu cür sevgiyə nümunə olacaq bir sevgi dastanı da var ki,dünya buna şahid oldu.Əsl sevgi sevdiyinə görə bütün dünyanı qarşına almaqdır.Belə sevginin ən bariz nümunəsini biz Heydər Əliyev və Zərifə Əliyeva arasında olan sevgidə görə bilərik.  Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində anadan olub.Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya institutunda göz xəstəlikləri kafedrasının dosenti,professor,1982-85-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri ,aftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır.Onun araşdırmaları nəticəsində bir çox göz xəstəliklərinin müalicəsi tapıldı.                                                           Heydər Əliyevin qardaşı ,bir çox ziyalılar kimi,Əziz Əliyevin evinə tez-tez gedib gələrdi.Qardaşı vasitəsilə Heydər Əliyev Əziz Əliyevin evinə gedib -gəlirdi.Burada olduqca gözəl,kübar,zərif qıza-Zərifə xanıma aşiq oldu.Bir müddətdən sonra Zərifə xanım bu sevgini hiss etdi və bu yaraşıqlı gəncin hislərinə biganə qala bilmədi.Bu sevgı getdikcə alovlanırdı.                                                                                                                                                                    Lakin bir müddərdən sonra Azərbaycanın dövlət və elm xadimi ,tibb elmləri doktoru, professor Əziz Əliyev həmişə yüksək vəzifələrdə çalışmış,xalqına sədaqətlə xidmət etmişdir.Elə buna görə də onun bu vətənpərvərliyi kimlərinsə xoşuna gəlmədi.Onun yüksəlişini qəbul edə bilməyən coxları -başda Mir Cəfər Bağırov olmaqla,Əziz Əliyev "millətçi"likdə ittiham edirlər.ona töhmət verilir və kiçik vəzifəyə təyin olunur.Az qala Ə.Əliyevi "xalq düşməni" elan edəcəkdilər.                                                                                                                        Həmin vaxtlar mərkəzi aparatda çalışan H.Əliyev bütün bunları bilirdi.Onu da bilirdi ki,yuxarılar onun hər addımından -Zərifə xanıma olan sevgisindən belə xəbərdar idi.Hətta bir neçə dəfə onu çağırıb xəbərdarlıq etmişdilər.H.Əliyev Ə.Əliyevin ailəsindən kiminləsə görüşünün ağır nəticələrini yaxşı dərk etsə də,heç nə,habelə Bağırov onu sevgisinə xilaf çıxmağa məcbur edə bilməzdi.Bu məhəbbət o qədər saf və təmiz idi ki,tanrı özü gənclərə" kömək etdi".Bir müddətdən sonra İosif Stalin ölür,Bağırovun "əli-qolu kəsilir".Ə.Əliyevin başı üstündəki qara buludlar dağılır.Bir-birini həqiqi sevən gənclər ,nəhayət ki,qovuşur.Bu izdivacdan onların iki övladı-İlham və Sevil dünyaya gəlir.                                                                                                                                                                        Bugünki məhəbbət dastanının qəhrəmanları Z.Əliyeva və H.Əliyev tarixin bu amansız sınağından alnıaçıq çıxdılar.Təməlində həqiqətin dayandığı bu sevgi,gördüyümüz kimi.çox sınaqlardan çixmiş ,lakin zamanın ,mövcud rejimin qarşısında baş əyməyərək əsl cəsarət nümunəsi göstərmişlər.İnsan çox işdə hünər göstərə bilər,lakin əsl cəsarət sevdiyinin arxasında dura bilmək,Stalinlərə,Bağırovlara qarşı sevgisini qoruya bilməkdir.

TURAN AKADEMİYASI
GÜNAY ABBASOVA 
"VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI