Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ukraynada həlak olmuş azərbaycanlı ailənin uşaqları ölkəyə gətirildi

Ukraynada həlak olmuş azərbaycanlı ailənin uşaqları ölkəyə gətirildi
4-05-2022, 20:43 228 dəfə baxılıb

Ukraynanın Xarkov şəhərində həlak olmuş Azərbaycan vətəndaşı Mahmudov Emin Zabit oğlu və onun həyat yoldaşı, Ukrayna vətəndaşı Mahmudova Lyudmilanın yetkinlik yaşına çatmayan 3 övladı - 26.04.2007-ci il təvəllüdlü Mahmudova Renata Eminovna, 04.11.2010-cu il təvəllüdlü Mahmudov David Eminoviç və 10.12.2017-ci il təvəllüdlü Mahmudova Dayana Eminovna bu gün Azərbaycana təxliyə ediliblər.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Bildirilib ki, Azərbaycan vətəndaşı olan uşaqlar valideynləri həlak olduqdan sonra tanışları tərəfindən Rusiya ərazisinə keçiriliblər.
Uşaqların Azərbaycana repatriasiya edilməsi üçün Azərbaycan dövlət qurumları tərəfindən əlaqələndirilmiş qaydada bir sıra zəruri tədbirlər, o cümlədən uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və qəyyumun təyin edilməsi həyata keçirilib.    
Daha sonra, məsələ ilə bağlı Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən lazımi hüquqi yardım göstərilib, uşaqların ölkəmizə gəlmələri üçün onlar qayıdış şəhadətnamələri rəsmiləşdirilib və Azərbaycana gətirilmələri üçün addımlar atılıb.
Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan Respublikasının Hökumətinin dəstəyi ilə uşaqlara lazımi hüquqi, tibbi, sosial və psixoloji yardım göstəriləcək və qəyyum ailəyə verildikdən sonra sosial-reabilitasiya işi davam etdiriləcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI