01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Mərkəzi kitabxanada kitab təqdimatı keçirilib
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Səməd Vurğun adına Mərkəzi Kitabxanada Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Peşəyönümlü Təhsilin İnkişafına Dəstək" İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü İradə Əlilinin Qarabağ mövzusunda “Zəfər yolu”, “Bir damla göz yaşında torpaq həsrəti” və “Laçın həsrətim” kitablarının təqdimatı keçirilib.
Öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova qonaqları salamlayaraq İradə Əlilinin yaradıcılığı və təqdim olunan kitablar haqqında iştirakçıları məlumatlandıraraq sözü müəllifə verib.
İradə xanım tədbir iştirakçılarını salamlayaraq təqdim olunan hər üç kitabın Qarabağa, onun tarixinə, şəhid və qazilərimizə həsr olunduğunu və bu kitabların tarixi həqiqətləri dünya ölkələrinə çatdırılmasında yardımçı bir vəsait ola biləcəyini qeyd edib. .
Sonra söz çıxışçılara verilib.
Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, şairə xanım Elmira İsmayılova, Finlandiyada Avropa Azərbaycanlıları konqresinin baş katibi Arzu Oqtay, tanınmış yazıçı, publisist, Azərbaycanın əməkdar jurnalisti Eyruz Məmmədov və AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxışlarında Qarabağa, şəhidlərimizə həsr olunan bu kitabların bu günlə səsləşdiyi, şəhid və qazilərimizə verilən diqqət olduğunu qeyd ediblər.Tədbirdə "Vətənim-Azərbaycandır.az" xəbər informasiya portalının Rəhbəri Kamran Orucovda iştirak etmişdir. Finladiyada diasporanı təmsil edən Arzu xanım belə kitabların xarici dildə olmasını alqışlayaraq qeyd etdi ki, xaricdə Azərbaycan həqiqətlərini daha dolğun çatdırmaq üçün belə vəsaitlərin əldə olması çox vacibdir. Çünki xarici ölkədə biz bu vəsaitləri yayraq düşmən tərəfindən verilən məlumatları təkzib etmiş oluruq.
Tədbir zamanı kitabxananın əməkdaşı, gənc şairə Gülnar Ümid və uşaq şöbəsinin əməkdaşı Lalə Muradova İradə xanimin lirik yaradıcılığına müraciət edərək şeirlərindən nümunələr səsləndiriblər.
Tədbirdə şəhid ailələri və qazilərimiz də iştirak edib. Şəhid anaları adından şəhid anası Sürəyya Nəsibova, Ruhiyyə Əhmədova və qazilər adından Nizami Ağasiyev çıxış edərək müəllifə və belə tədbirlərin təşkilinə görə kitabxana rəhbərliyinə təşəkkür ediblər.
Sonda müəllif tədbirdə iştirak edən şəhid ailələrinə, qazilərə sonsuz təşəkkürünü bildirərək, öz üzərinə düşən missiyanı sona qədər yerinə yetirməyə və qələmə aldığı yazılarda hər bir şəhidimizi yaşatmağa çalışacağını bildirib.
Sumqayıt Mərkəzləşdirilmiş kitabxana sisteminin Direktor müavini Natəvan Axundzadə "Vətənim-Azərbaycandır.az"