Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ekoloji terror

Ekoloji terror
19-04-2022, 10:22 337 dəfə baxılıb

Nədir bu anlayış nəzər salaq.
Ekoloji terror – konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır.
Əfsuslar olsun ki, bu ziyan bizim də ölkəmizdən, bizim də həyat yolumuzdan gen güşmədi.
Heç kəsə sirr deyil ki, mənfur  ölkəmizə ziyan vurmağa çalışır. 30 ildir Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağda baş verənlər hər kəsin gözünün şahididir.Flora və faunanın ən qiymətli ağacları ilə zəngin olan Qarabağ meşələri vəhşicəsinə qırılıb, tar-mar edilib.
Vəhşi münasibət sərgiləyən düşmən bu gözəliyi daima məhv etmək üçün çalışır.
Və bunu xüsusi olaraq vurğulayım ki, milli parklar da daxil olmaqla qorunan təbiət əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı yanğınlara səbəb olan raket atəşinə tutulurdu. Şuşa şəhəri yaxınlığında meşə ərazilərindəki qiymətli ağaclar fosfor silahlarından istifadə nəticəsində yandırılırdı. Nəticədə min illərdir formalaşan torpağın üst təbəqəsi tamamilə yanmış halda idi.
Bu müddət ərzində işğal olunmuş Azərbaycan ərazilərində olan təbii sərvətlər talan edilmiş, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar Ermənistan tərəfindən qanunsuz istismara məruz qalmağda idi. Şükürlər olsun ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Və çox böyük səylə azad olunmuş torpağlarımızda yenilənmə işləri aparılır. Yeni yaşıllıq zolağları salınır, ağaclar əkilir, infrastruktur yenidən qurulur. 
Azərbaycan Xalqının Ümummili Lideri Heydər Əliyev deyirdi:-"Mən istəyirəm ki, siz hamınız təbiəti qoruyanlardan olasınız"
Bəli biz bu ideoloji tərbiyədən bəhrələnmişik. Və odur ki, çalışdığımız yalnız və yalnız inkişaf mexanizminə töhfə verməyimizdir.
Möhtərəm Cənab Prezidentimiz hər dəfə işqaldan azad olunmuş ərazilərimizə səfər edərkən bunları xüsusi olaraq vurğulayır və geyd edir ki " Biz hər qarış torpağımızı yenidən dirçəldəcəyik, bərpa edəcəyik". Bəli bu böyük bir stimuldur hər birimiz üçün. Və yüksək bir iradə ilə geyd edirik ki, tezliklə Qarabağımız öz əvvəlki gözəlliyini özünə qaytararaq bütün cahana,səs salacaqdır.
Nəhayət Şirinova 
İctimaiyyətçi.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.
"Vətənim-Azərbaycandır.az" xəbər portalının şimal zona rəhbəri.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI