Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Dünyaya günəş kimi doğan Azərbaycanım!

Dünyaya günəş kimi doğan Azərbaycanım!
12-04-2022, 07:38 529 dəfə baxılıb

44 günlük vətən uğrunda qazanılan qələbə ilə azad Azərbaycanımız  beynəlxalq arenada bir daha özünü möhkəmlədirmiş və cahan dövlətlərinin heç də bir çox qisminə nəsib olmayan "Qalib Xalq" titulunu təqdim etmiş oldu.
Və ölkəmizdə gedən davamlı inkişaf strategiyası, yenidənqurma tədbirləri də ölkəmizin daha da inkişafının göstəricisidir.
Ölkə başçımız Müzəffər Ali Baş Komandanlmlz Cənab İlham Əliyev mütəmadi olaraq xarici səfərlərdə olur, və öz sözünü hər kəsin nəzər və qiggətinə çatdırmaqdadır.
Belə səfərlərdən biri dı hər kəsə bəlli olduğu kimi Brüssel Səfiridir.
Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru adlandırmaq olar bu görüşü.
 Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.
 Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib. Ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərar. Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Düşmənçilik mövqeyində olan bir sıra toplumlar var ki, bütün bunlar onlara diplomatik cvabdır. 
Azərbaycan öz sözünü hər zaman deməyi bacarmışdır və deməkdə də israrlıdır.
Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə aradan qaldırılır. Bəli bu baxımdan bu sənəd olduğca vacibdir.
Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır.
 Avropa İttifaqı dünyada mövcud olan ön böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Avropa İttifaqının məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.
Bu münasibətlər normallaşmalıdır.Məğlubiyyəti ilə barışan düşmən bunları da qəbul etməlidir.
Necə ki,  Ümummilli Lider Heydər Əliyev deyirdi:- Azərbaycan dünyaya günəş kimi doğacaq!
Bəli zamanla hər kəs buna şahidlik edir.ruhun şad olsun Ulu Öndərim.
Yaşasın gündən-günə genişlənən və inkişaf edən Azərbaycanımız.

Nəhayət Şirinova
İctimaiyyətçi, yazar.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.
"Vətənim-Azərbaycandır.az" xəbər portalının şimal zona rəhbəri.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI