Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ramazan ayının aprelin 3-də başlayacağı iddiasına QMİ sədrindən - Cavab

Ramazan ayının aprelin 3-də başlayacağı iddiasına QMİ sədrindən - Cavab
2-04-2022, 18:19 346 dəfə baxılıb

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının Azərbaycanda aprel ayının 3-də başlayacağı ilə bağlı iddialara cavab verib.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, QMİ sədri Şüyxülislam Allahşükür Paşazadə məsələ ilə bağlı açıqlamasında deyib: 
"QMİ Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fətvada AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad etdiyi göstərilmişdir. Bəzi insanlar bunu birmənalı qarşılamamış, sosial şəbəkələrdə Ramazan ayının Azərbaycanda aprel ayının 3-də başlayacağını qeyd ediblər. Bununla bağlı Rəsədxananın Elmi əlaqələr və Təşkilat şöbəsinin müdiri Kamal Hüseynovla əlaqə saxladıq.
K. Hüseynov açıqlamasında bildirdi ki, “Azərbaycan üfüqündə 01 aprel 2022-ci il tarixdə Ramazan hilalı 06.42-də doğmuşdur. Həmin gün 19.04-də Günəş batmış, 19.18-də isə Ay Günəşdən 14 dəqiqə gec batmışdır. Hilalın işıqlanması 0.2% olduğundan teleskopla müşahidə edilmişdir. Bu gün isə Günəş 19.05-da batacaq, Ay isə Günəşdən 1 saat 18 dəqiqə gec 20:23 də batacaqdır. Hilalın işıqlanması 2% olacaqdır. Adi gözlə Hilalı Azərbaycan üfüqündə iki gecəlik tam müşahidə etmək mümkün olacaqdır.
Beləliklə QMİ-nin verdiyi fətva Azərbaycan üfüqü üçün tam həqiqəti əks etdirir. Xalqımızı mübarək ayın başlanması münasibətilə təbrik edirəm".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI