17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin tərəfindən General-mayor Hilal Nəcəfovun təşkilatçılığı ilə Şəhid ailələri və qazilərimiz üçün Novruz Bayramı ilə əlaqədar tədbir keçirildi
Azərbaycan Respublikasının rəsmi Dövlət bayramları şəhid ailələri və qazilərimizlə birgə qeyd edilir. Bu artıq bir adət tendensiyasına çevrilmişdir.
Hər zaman şəhid ailələrini və qaziləri diqqətdə saxlayan Kəşfiyyat Baş İdarəsinin kəşfiyyatçısı General mayoru Hilal Nəcəfov şəhid ailələri və qazilərlə Bayram tədbiri düzənlədi. Hər zaman öz humanist addımları, sadəliyi və səmimiliyi ilə seçilən generalımız Hilal Nəcəfov hər zaman bu təqdirəlayiq işlərin başındadır və daima şəhid ailələrinin yanındadır. Hilal müəllim ölkə başçımız Cənab Prezidentimizin etimadını doğruldan, onun yönəltdiyi layiqli siyasi kursu daima dəstəkləyən, vətənpərvərlik hissini daima insanlara gördüyü işlərlə, nümunəvi addımları ilə biruzə verən generallarımızdandır. Daima şəhid ailələri, valideynləri ilə görüşlər təşkil edən generalımız, hər zaman onların qayğı və problemləri ilə marağlanır, daima diqqətdə saxlayır. Bundan əlavə qazilərimizin də problemlərinə həssaslıqla yanaşır və onların xüsusi hörmət və istəyini qazanmışdır.
Bəli, məhz Hilal müəllim kimi sadə və səmimi general olmaq lazımdır ki, nəbzi daima xalqın sadə kütləsi ilə bir döyünsün.
Tədbirin təşkilatçılığını isə Elvin bəy özünəməxsus şəkildə öz üzərinə götürdü. Bundan əlavə tədbirdə Əskər bəy , Paralimpiya çempionu İlham Zəkiyev və 1 ci Qarabağ müharibəsi iştirakçıları, Xəbərtime.az- ın rəhbəri, AjB-nin üzvü Yeganə Telmanqızı, Xalq artisti Faiq Ağayev, Şəbnəm Turan, Ülkər xanım və bir çox incəsənət nümayəndələri iştirak edirdi. Qonağlar sırasında "Vətənim-Azərbaycandır.az" xəbər portalı da var idi.
Biz də Tədbirdə iştirak edən şəhid ailələri adından və öz adımızdan arzu edirik belə görüşlərin sayı çox olsun, allahdan Cənab Generalımız Hilal Nəcəfova can sağlığı diləyir, bu örnək fəaliyyətində ona bol bol uğurlar diləyirik.
AFAQ AZAD
"VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ"