17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Vətənpərvərlər Partiyasının təşəbbüsü ilə növbəti möhtəşəm tədbir baş tutub.
Tədbirdə ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilmiş və Vətən yolunda canından keçən vətən mücahidləri bir dəqiqəlik sükutla yad edilmişdir. Partiyanın rəhbəri Elvin Mahmudzadənin təşəbbsü ilə baş tutan tədbirdə əfsanəvi 13-cü taborunun 13 qəhrəmnına həsr olunmuş görüş olduğca təsirli və yaddaqalan oldu. Hər kəsə bəllidir ki, Elvin müəllim daima öz qayğı və diqqətini şəhid ailələrindən əsirgəmir və 450 dən çox şəhid ailəsi ilə görüşmüş və onların qayğıları ilə marağlanmışdır.
Adı gedən tabor Azərbaycan Müdafiə Nazırliyinin Yaşma Hərbi Hissəsinin taborudur.Şəhadət zirvəsinə ucalan 13 vətənpərvər şəhid qardaşımızda məhz həmən taborda hərbi xidmətdə olan hərbçilərimiz olmuşdur. 13 dost, 13 qardaş, 13 şəhid olan qardaşımız olan İsmayılov Camal, Əzizov Xəyyam, Kamil Şirinov, Cəbrayılov Sultan, Quliyev Şəhriyar, Zülfiqarov İlkin, Tağıyev Ramiq, Əliyev Kərim, Həşimov Tərzan, Qənbərli Elton, Vəliyev Elyar, Abbasbəyli Həmid, Feyzullayev Beyrək!
Bax bu 13 Vətən aşıqi haqqında danışırıq. Tədbirdə bu əfsanəvi 13 Şəhid qardaşımızın ailə üzvləri, doğmaları, onları sevənlər dəvət olunmuşdu. Bundan əlavə tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin 3,4,5 və 6cı çağırış deputatı,Milli Məclisin sədr müavini Adil Əliyev,
Türkiyə Universtetləri Məzunları İctimai Birliyinin sədri Tural bəy,
Sumqayıt şəhər Evdə Fərdi Təhsil məktəbinin müəllimi, Azərbaycan maarifçilər assosiasiyasının üzvü gənc yazar Xəyalə xanım, şəhidimiz Abbadbəyli Həmidin xalası Nigar xanım və "Vətənim-Azərbaycandır.az" xəbər portalının əməkdaşı Afaq Azad adı gedən tabordan döyüşlərdə iştirak edib Qazi adı qazanan qardaşlarımız və bir çox başqa qonağlar iştirak edirdi.
Tədbirə aparıcılğı isə Şəbnəm Turan edirdi.
Hamıya məlum olduğu kimi Şəbnəm xanım daima Şəhid ailələrinin görüşlərinə gedir və onun bu yolda xidmətləri danılmazdır.
Tədbirdə bu əfsanəvi qəhrəmanların keçdikləri qısa, lakin keşməkeşli həyat yolunu əks etdirən qısa metrajlı vidyo bloklar nümayiş olundu və keçdikləri şərəfli döyüş yolu haggında bəhs edildi. 13 əfsanənin hər birinin valideyni çıxış edərək bu oğulların tək öz ailələrindən deyil ümumilikdə eldən getdiklərini vurğuladılar.
Ən yaddaqalan məqam isə o oldu ki, əfsanəvi tabora həsr olunmuş dərgi işıq üzü görəcək və hər bir şəhid və qazi vətən oğulları haqqında geniş məlumatlar bu dərgidə yer alcaqdır.Xəyalə xanım bu barədə öz çıxışında qeyd etdi. Biz də "Vətənim-Azərbaycandır.az" xəbər portalı olaraq Allahdan şəhidlərimizə rəhmət diləyir ailələrinə səbr arzu edirik.
Sonda Şəhid anaları Əfsanəvi 13 Taborun rəsmləri əks olunan hədiyyəni Elvin bəyə təqdim etdilər.