Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bakıda qadınların avtomobillərinə hücum edən şəxs saxlanıldı

Bakıda qadınların avtomobillərinə hücum edən şəxs saxlanıldı
19-03-2022, 11:34 188 dəfə baxılıb

Bakıda müxtəlif vaxtlarda qadınların avtomobillərinə hücum edilib.

"Vətənim-Azərbaycandır.az" DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən bildirilib ki, “102 Zəng Mərkəzi”nə martın 17-də Xırdalanda qadının idarə etdiyi avtomobildə olan bir nəfərin onu boğaraq mobil telefonunu almağa cəhd göstərməsi barədə müraciət daxil olub.
Hadisəni törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər də quldurluğa və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ramil Quliyev müəyyən edilərək saxlanılıb.
Onun martın 11-də Yasamal rayonunda digər bir qadının idarə etdiyi avtomobilə oturub bıçaqla hədələyərək quldurluq yolu ilə maşınını ələ keçirməsi də müəyyən olunub.
Həmin avtomobil martın 12-də M.Xiyabani küçəsində qapısı əzilmiş və yan güzgüsü sınmış vəziyyətdə tapılıb.
Faktlarla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI