17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Zəfər qoxulu Novruzumuz.
Azərbaycanımıza Bahar gəlir.
Və baharın ilk təcəssümü olan milli adət-ənənəmizi özlüyündə bütövlüklə ehtiva edən Noruz Bayramıdır.
Yeni il, yeni gün, yeni arzular və yeni uğurlar.
Psixoloji olaraq da biz insanlar özümüzün ən perespektivli planlarını məhz yaz aylarına daha çox ərməğan edirik.Yenilik və təbiətin canlanması insanların da ruh halına müsbət şəkildə təsir edir və bu hər kəsdə bariz şəkildə hiss olunur.
Gəlin bu çoxəsrlik bir yol gələn Novruzumuzun mahiyyətinə qısa ekskursiya edək.
Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmişlər. Bəzi qədim inanclara görə kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır. Novruz dünyanın əksər ölkələri tərəfindən geniş şəkildə qeyd edilir. Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir.
Bildiyimiz kimi bir çox adət-ənənələr var ki, hamımız onların yaşaması və gənc nəsillərə ötürülməsi yolunda səfərbərlik.Bu il isə Novruz daha böyük bir coşqu ilə geyd olunur ölkəmizdə.
Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin başçılığı altında müsəlləh Azərbaycan Ordusunun yüksək əzmi, və səyi ilə 30 illlik əsarət acısı Azərbaycan topağlarından, Azərbaycan səmasından yox oldu. Müqəddəs Şəhidlərimizin əmanəti oldu bizə bu zəfərimiz. 44 günlük Vətən savaşının bizə bəxş etdiyi qalibbiyyət hər birimizdə yüksək milli ruhu formalaşdırdı.
Bəli bu gün həqiqətən də böyük coşqu və qürur hissi ilə geyd edirik bayramımızı.
Ürəklə deyirik: Bayramın mübarək Azərbaycan!!
????????????????????????????????
Nəhayət Şirinova
İctimaiyyətçi.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.
"Vətənim-Azərbaycandır.az" xəbər portalının şimal zona rəhbəri.