Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Həkim-pediatr Sevil Orucova - Peşəkar həkimlərimizi tanıyaq!

Həkim-pediatr Sevil Orucova - Peşəkar həkimlərimizi tanıyaq!
13-03-2022, 11:57 643 dəfə baxılıb

"Vətənim-Azərbaycandır.az"  "Həkimlərimizi tanıyaq!" rubrikasında bu dəfə Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində həkim-pediatr kimi fəaliyyət göstərən Sevil Orucova haqqında məlumatları təqdim edir.

 
Sevil Orucova 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olmuş, 2007-ci ildə universiteti bitirmişdir.
 
2007-2008-ci illərdə Nəriman Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında pediatriya ixtisası üzrə internatura keçmişdir. 2011-2014-cü illərdə 5 saylı Kliniki Şəhər xəstəxanasının Poliomielit şöbəsində Həkim-pediatr kimi fəaliyyətə başlamışdır. 2014-cü ildən etibarən 5 saylı Kliniki Şəhər Xəstəxanasının Yanıq şöbəsində həkim-pediatr kimi fəaliyyətini davam etdirmişdir.
 
Bir çox konfranslarda iştirak etmiş, sertifikatla təltif olunmuşdur.
 
Hazırda Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində həkim-pediatr kimi fəaliyyət göstərir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI