17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün!
Bu gün məhz o, oğullarımızdan biri, vətən mücahidi, bizim fəxrimiz olan şəhid Ceyhun qardaşımızın olduğca qısa və şərəfli ömür yolundan bəhs edəcəm sizə.
Ceyhun İsayev 2001-ci ildə Qubanın Gültəpə kəndində doğulub. Məktəbi bitirdikdən sonra Quba Tibb Kollecinə qəbul olub. Hərbi xidmətə getmək yaşı çatdığından, təhsilini müvəqqəti dayandıraraq əsgərliyə yollanıb. Hələ
Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılan Ceyhun əvvəlcə Talış kəndinin və Suqovuşanın azad olunması uğrunda döyüşlərdə fəal iştirak edib. Qəhrəman döyüşçü sonradan Füzuli istiqamətində döyüşə qatılıb. Oktyabrın 26-da baş verən şiddətli döyüşdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
Ölümü qədər acı verən məqam isə Ceyhunun bu dünyaya gəldiyi o xeyirsiz tarixdə də bu dünyadan köç etməsidir. Şəhadət zirvəsinə ucaldığı gün Ceyhunun 19 yaşı tamam olurdu.
Ceyhunun atası Ruslan İsayev təkcə yaşadığı Gültəpə kəndinin deyil, qonsulugda olan kənd camahatının da hörmət və etibarını qazanan bir insan olub. Bizim üçün də bu ailə doğma bir ailədir. İnanın ki Ceyhunun şəhadət xəbəri onun qədər hər birimizin ürəyinə dağ çəkdi. Ruslan ata deyir ki, televiziya poqramında qəhrəmanlıq göstərən döyüşçülərin şəkillərini göstərib, onlar haqqında danışırdılar. Şəkilləri Müdafiə Nazirliyi yaymışdı. Orda Ceyhunu görəndə gözlərimə inana bilmıdim və böyük bir fəxarət hissi yaşadım.Onda bildim ki, oğlum sağ-salamatdır. Oktyabrın 26-da Ceyhunun doğum günü idi. Səhər qardaşı ilə telefonla danışmışdı. Döyüş yoldaşlarının dediyinə görə, elə həmin söhbətdən iki saat sonra Ceyhun şəhidlik zirvəsinə ucalıb. Çox cəsur övlad olduğu üçün onunla fəxr edirik.
Çoxlu arzuları vardı Ceyhunun. Kolleci bitirib həkim olmaq istəyirdi.
Və nakam gözü bir ömür yaşlı qalan, ürəyinə Ceyhun dastanı yazılan, ic dünyası parça-parça olan sevdiyi qız da vardı. Müharibə acısı bu nakam gisməti yarım qoydu.
Şəhid Ceyhun İsayev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub
Ceyhun dünyasını dıəyişib, şəhadətin ən ali zirvəsinə ucalıb və cismani olaraq əzizlərini, onu sevənləri tərk edib!
Amma o ölümü ilə ölümsüzlüyə imza atanlardandır!
Səninlə fəxr edirik qardaşım!
Nur içində uyu!
Məkanın daima behişt oldun.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Nəhayət Şirinova
"Vətənim-Azərbaycandır.az" xəbər portalının şimal zonası üzrə rəhbəri
.